Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səfəvilərin əhalini şiələşdirməsi
Səfəvilərin əhalini şiələşdirməsi — Səfəvi imperiyasının əhalisini (bəzən güc tətbiq etməklə) şiələşdirmə siyasəti. XVI əsrdən başlamış və XVIII əsrə qədər davam etmiş, proses nəticəsində Orta Şərqin müəyyən bir hissəsində şiəliyin dominant olduğu bölgələr meydana çıxmışdır. Prosesə Səfəvi imperiyasının sünni qonşuları, xüsusən Osmanlı ilə olan düşmənçilik münasibətləri təsir etmişdir. Bu prosesin sonu On iki imam şiəliyinin digər şiə cərəyanları olan Zeydilik və İsmaililik üzərində hegomonluğu ilə nəticələndi. Bu iki şiə cərəyanı buna qədər müəyyən dövrlərdə şiə dünyası daxilində hakim olmuşdular. 1501-ci ildə Səfəvi imperiyasının yaradılması ilə On İki imam şiəliyi imperiyanın rəsmi məzhəbi elan edildi və bu məqam İslam tarixində dönüm nöqtələrindən biri hesab edilir. Bu prosesin birbaşa nəticəsi kimi müasir İran və Azərbaycan (həm şimali, həm də cənubi Azərbaycan) şiəliyə keçid etdilər və bu hələ də belə qalmaqdadır. Bu ölkələr hələ də böyük şiə əhalisinə malikdirlər və dünyada əhalisinin şiəliyi nisbətinə görə birinci İran, ikinci isə Azərbaycan gəlməkdədir. Ərəblərin işğallarından və islamlaşdırma proseslərindən sonra Səfəvi imperiyasının yarandığı bölgənin sakinləri əsasən sünni məzhəbinin Şafi və Hənəfi qollarına mənsub idilər. Səfəvi sülaləsinin özü də əvvəllər Şafi sünni olmuşdular.
Walking Out (mahnı)
Walking Out (azərb. Çölə çıxmaq‎) — Ermənistanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Srbuk "Walking Out" mahnısı ilə Ermənistanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi Lost Capital və tokionine, sözləri isə Qarik Papoyana aiddir.
Halonq buxtası
Halonq buxtası (vyet. Vịnh Hạ Long) — Sakit okean, Cənubi Çin dənizi Bakbo körfəzinin daxilində yerləşən buxta. Buxta inzibati cəhətdən Vyetnamın Vandon vilayəti Halonq və Kamfa şəhərlərinin inzibati vahidliyinə daxildir. 1994-cü ildə UNESKO Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Görünüşü == Buxta ərazisinə ümumilikdə 3000 ada daxildir. Üstəlik bura qayalıqlar, dayazlıqlar və mağaralar daxildir. Körfəzin sahəsi 1500 km² təşkil edir. Belə desək su altı aləmi yüksık bioloji rəngarəngliyə malikdir. Halonq vyetnamcadan tərcümədə "o yeri əjdaha dəniz dibinə enmişdir" kimi səslənir. Hətta belə deyilir ki, Halonq adasını böyük bir əjdaha formalaşdırmışdır.
Sənin tərcümeyi-halın (film, 1963)
Kinooçerk Bayıl sahəsindəki dəniz neft mədənlərində çalışan gənclərin həyatından, onların yaşlı nəsildən əmək estafetini necə qəbul etmələrindən, məşhur neft ustası Gülbala Əliyevin gənc həmkarlarına ağsaqqal tövsiyələrindən bəhs edir.