Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xırmancıq
Xırmancıq — Azərbaycan Respublikasının Xocavənd rayonunun Bulutan kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 16 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Xırmancıq kəndi 16 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd Rusiya-İran müharibəsindən (1826–1828) sonra Cənubi Azərbaycanın Qaradağ mahalından gəlmə ermənilərin Xırmancıq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, oykonim "kicik xırman" mənasındadır. Etnotoponim olması da mümkündür. Xırmancıq kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd dağətəyi ərazidə yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Xırmanlar
Xırmanlar — Azərbaycan Respublikasının Laçın rayonu Zerti kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Laçın rayonunun Qarıkaha inzibati ərazi vahidində olan kənd Qarabağ yaylasındadır. Keçmişdə köhnə xırmanların (taxıl döymək, təmizləmək və qurutmaq üçün hazırlanmış düzən yer, meydança xırman adlanır) yanında Xırmanlar adlanan binə XX əsrin 30-cu illərində daimi yaşayış məntəqəsinə çevrilmiş, kənd həmin adı saxlamışdır. Əsas təsərrüfatı heyvandarlıq idi.
Şişmanlıq
Köklük (və ya şişmanlıq, piylilik) — bədənin çəkisinin piy qatlarının hesabına artmasıdır. Piy qatları həm fizioloji yığılma yerlərində, həm də qarın nahiyəsində, baldır, dalaq kimi orqanlarda da yığıla bilər. Köklülük onun səbəblərindən asılı olaraq dərəcələrə bölünür. Kök olmaq heç də həmişə subyektiv səbəblərdən onunla bağlanan şəkər diabeti, hipertoniya və digər xəstəliklərin yaranmasına səbəb olmur. Bütün bu xəstəliklər piylənmə ilə bağlı olmayıb, onun yaranma səbəblərindən asılıdır. Məsələn: tez karbohidratların çatışmazlığından yaranan kökəlmə diabetə gətirib çıxarır, piysizlikdən və kompleks karbohidratların çatışmazlığından isə yaranma halları yoxdur. Ürək-damar sistemində problemlər əvəllər deyildiyi kimi piydən yox, bədəndə çatışmayan mayenin miqdarından yaranır. Köklük həm də, piy qatının genişlənməsinə təsir göstərir. Piy qatı yumşaqlığında, sərtliyində, maye tərkibində və həmçinin dəridə (tselülit) dəyişikliklər baş verir. Orta həddə olan piylənmə salamlığa o qədər də ziyan vurmur.
Zirmanlı (Urmiya)
Zirmanlı (fars. ‎‎‎زيرمانلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 203 nəfər yaşayır (55 ailə).