Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alətşünaslıq
Alətşünaslıq — musiqişünaslıqğın bir bölməsi olub, musiqi alətlərinin, onların konstruksiyasını, tembr və akustik xüsusiyyətlərini, o cümlədən növlərinin təsnifatının öyrənilməsi ilə məşğul olur. Qərbi Avropa tədqiqatlarının modelinə görə, bu elm sahəsi "orqanologiya" adlanır. Musiqi alətlərinin sistematik təsvirləri qədim dövrlərdən başlanmışdır (Qədim Yunanıstanda Platonun, Aristoksenin , latın ənənəsində Sevilyalı İsidorun və başqalarının risalələrində qeyd olunur. Ərəb Şərqində musiqi alətlərinin təsnifatı və təsviri ilə Əl-Fərabi (X əsr) və Əbdülqadir Marağayi (XIV əsr) məşğul olmuşlar. Musiqi alətlərinin ilk sistematik və müfəssəl təsvirləri XVI və XVII əsrlərin alman musiqi nəzəriyyəçiləri tərəfindən verilmişdir. Onlar Sebastian Virdunqun ("Musica getuscht und ausgezogen…"), Martin Aqrikolanın "Musica instrumentalis deudsch" və Mixael Pretoriusun "Syntagma musicum" risalələridir. Rusiyada musiqi alətlərinin (o cümlədən, xalq çalğı alətləri) öyrənilməsinə Vladimir Odoyevski, D. İ. Rezvoy, Dmitri Yazıkov diqqət ayırmışdır. Musiqi alətlərinin sistematik öyrənilməsinə əhəmiyyətli dərəcədə tövhələri həm də fransız usta Viktor-Şarl Maiyon vermişdir. Müasir dövrdə işlənən Hornbostel-Zaks sistemi (musiqi alətlərinin təsnifatı sistemi) XX əsrin əvvəllərində Erix Morits fon Hornbostel və Kurt Zaks tərəfindən araşdırılmış və tərtib edilmişdir.
Mətnşünaslıq
Mətnşünaslıq — mətnlərin tədqiqi ilə məşğul olan elm sahəsi․ Burada yazılı mətnlər, əlyazmalar, müəllifli və müəllifsiz abidələr müxtəlif istiqamətlərdə araşdırılır, öyrənilir․ Yazılı abidələrin yazılma, köçürülmə tarixini; müəllif əlyazmalarının, köçürülmüş nüsxələrin, o cümlədən mətnin əvvəldən sona qədər dəyişmiş variantlarına qədər bütün məsələləri tarixi şəkildə öyrənən mətnşünaslıq elm sahəsi kimi mürəkkəb bir sistem təşkil edir. Mətnşünaslığın bir elm sahəsi kimi tarixi qədim olmasa da, onun yaranması tarixi çox qədimlərə gedib çıxır. Mətnşünaslıq XX əsrin II yarısından etibarən elmi sahə kimi inkişaf etməyə başlamışdır. Lixaçov qeyd edir ki, "mətnşünaslıq ədəbiyyat tarixinin əsasını təşkil edir. Hər hansı bir abidənin mətninin tarixi bütöv ədəbiyyatın tarixi üçün ilkin mənbədir... Beləliklə, mətnşünaslıq mətnlərin yaranma tarixni öyrənir. Mətnin tarixi bu mənada müxtəlif insanların – müəlliflərin, redaktorların, katiblərin, oxucuların, sifarişçilərin yaradıcılığı kimi başa düşülür. Bu mənada mətnin tarixi birbaşa cəmiyyətin tarixi ilə bağlı olur". Yazılı mətnlər dedikdə yalnız bədii mətnlər başa düşülməməlidir. Bir halda ki, mətn cəmiyyətin tarixni əks etdirir, bu tarixi daha mükəmməl öyrənmək üçün məzmunundan asılı olmayaraq bütün mətnlər tədqiq olunmalıdır.
Yerşünaslıq
Yerşunaslıq (rus. землеведение, ing. earth science) — coğrafiyanın bölməsi olub, Yerin coğrafi təbəqəsinin tərkibini, strukturunu və inkişafının ümumi qanunauyğunluqlarını öyrənir. Bəzən "Yerşünaslıq" məfhumu qısaca olaraq Yeri bir planet kimi öyrənən bütün elmlərin /coğrafiya, geofizika, geologiya və b/ məcmunun ifadəsi kimi işlənir. Məfhum elmi ədəbiyyata alman coğrafı K. Ritter tərəfindən gətirilmişdir. Bəzən yerşünaslıq məfhumu Yerin bir planet kimi öyrənən bütün elmləri əhatə edən qısa mənada istifadə edilir /coğrafiya, geofizika, geologiya və b/. Məfhum elmi ədəbiyyata alman coğrafı K. Ritter tərəfindən gətirilmişdir.