Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xaçlıpər mikrobiota
Xaçlıpər mikrobiota (lat. Microbiota decussata) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin mikrobiota cinsinə aid bitki növü. Bu bitki 1921-ci ildə botanik İ. K. Şişkin tərəfindən aşkar edilmiş, 1923-cü ildə isə V. L. Komarov tərəfindən yeni cins və növ kimi qeydə alınmışdır. Vətəni Uzaq Şərqdir. Hündürlüyü 0,4-0,8 m, eni isə 1,5-2 m, çətirinin diametri 2 m-ə qədər olan möhkəm, şaxələnmiş, sıx, çətirli alçaqboylu, həmişəyaşıl koldur. Yarpaqları oval formalı, ucu bizdir. Açıq-yaşıl və ya yaşıl iynəyarpaqları qışda tunc və ya qırmızımtıl-mis rəngdə olur, yazda rəngi normallaşır, yaxşı budanır. Qabığı hamar və qırmızımtıl rəngdədir. Şaxələri basıqdır, üzərindəki yarpaqların hamısı bir-birinin eynidir. Zoğların ucları sallaqdır.