Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xromatoqrafiya
Xromatoqrafiya (yun. "chroma" – boya, rəng + "grapho" – yazıram) – qarışıqların ayrılması üsuludur. Analitik kimya metodları arasında ən çox istifadə olunanı xromatoqrafiyadır (bax: Analitik kimya). Onu qarışıqları ayrı-ayrı komponentlərinə (tərkib hissələrinə) ayırmaq, qazşəkilli qarışıqları fərqləndirmək və identifikasiya etmək (təyin etmək), kimyəvi reaksiyaların gedişində reagentlərin qatılığının dəyişməsinə nəzarət etmək və s. üçün tətbiq edirlər. Xromatoqraf – xromatoqrafik analiz aparmaq üçün istifadə edilən cihazdır. Ona istənilən kimya laboratoriyasında və kimya sənayesində rast gəlmək olar. Bu analiz metodunu ilk dəfə rus alimi Mixail Svet 1903-cü ildə tətbiq etmişdir. O, xlorofilin tərkibini öyrənmiş və onu müxtəlif rəngli laylara ayırmışdır. Bunun üçün içərisində təbaşir tozu olan borudan xlorofil məhlulunu keçirmişdir.