Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avstraliya Yaşıllar Partiyası
Avstraliya Yaşıllar Partiyası və ya Yaşıllar (ing. Australian Green или The Greens) — Avstraliyada fəaliyyət göstərən siyasi partiya.
Birlik 90/Yaşıllar
Birlik 90/Yaşıllar (alm. Bündnis 90/Die Grünen‎) və ya sadəcə Yaşıllar – Almaniyanın siyasi partiyalarından biri. 1993-cü ildə Almaniya Yaşıl Partiyası (1979) ilə Birlik 90 (1989) partiyalarının birləşməsi nəticəsində yaranıb. Partiyanın əsas idealogiyası ekoloji, sosial və iqtisadi vəziyyətin yaxşılaşdırılmasıdır. Sədrləri Simone Peter və Cem Özdemirdir. Partiya Bundestaqda 63 yerə (630-dan) sahibdir.
Monqolustan Yaşıllar Partiyası
Monqolustan Yaşıllar Partiyası (monq. Монголын Ногоон Нам) - Monqolustanda siyasi partiya. Monqolustanda demokratiyanın bərqərar olmasından sonra - 1990-cı ildə yaradılmış bu təşkilat Asiyada ilk yaşıllar partiyasıdır. 1996-2000-ci illərdə o, Monqolustan Sosial-Demokrat Partiyası, Demokrat Partiyası və Monqolustan Demokratik Din Partiyası ilə birgə iqtidar koalisiyasında təmsil olunmuşdur. Təxminən 6 min üzvə malik olan partiya Monqolustanda insan hüquqları və demokratiya, həmçinin ətraf mühitin mühafizəsi uğrunda çalışır.
Şotlandiya Yaşıllar Partiyası
Şotlandiya Yaşıllar Partiyası (ing. Scottish Green Party; şot.kelt Pàrtaidh Uaine na h-Alba) – Şotlandiyada mövcud olan siyasi partiya.
Yaşıllar və Sol Gələcək Partiyası
Xalqların Bərabərlik və Demokratiya Partiyası və ya qısaca DEM Partiya (ilkin versiyası ilə HEDEP), 2023-cü ilədək Yaşıllar və Sol Gələcək Partiyası — 25 noyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Onun simvolu müdrik ağac, günəş və insan surətindən ibarətdir. Onun həmsədrləri Tuncər Bakırhan və Tülay Hatimoğulları Orucdur. Xalqların Bərabərlik və Demokratiya Partiyası 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının Yaşıllar və Sol Gələcək Partiyası adı altında birləşməsi nəticəsində qurulan siyasi partiyadır. Partiya özünü yaşıl siyasətə əsaslanan və "sol libertarian" ideyaları qəbul edən siyasi partiya kimi təqdim edir. Partiya 2014-cü ildə Türkiyə prezident seçkilərində Səlahəddin Dəmirtaşı, 2015-ci ilin iyununda keçirilən parıament seçkilərində isə Xalqların Demokratik Partiyasını dəstəkləmişdir. Partiya Ankarada Yaşıllar və Sol Gələcək Partiyası adı ilə 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi ilə quruldu. Partiya 2 aprel 2016-cı il tarixli II növbədənkənar qurultayında adının qısaltmasını Yaşıl Sol Partiya olaraq dəyişdirdi. Partiyanın loqosu 16 oktyabr 2022-ci il tarixli İkinci Fövqəladə Qurultayda dəyişdirildi. Səlahəddin Dəmirtaş iddia edib ki, Xalqların Demokratik Partiyası bağlanarsa, 2023-cü ildə keçiriləcək ümumi seçkilərdə HDP-nin millət vəkili namizədləri Yaşıl Sol Partiyasının vahid namizəd siyahılarına daxil olacaq.