Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yaqubun yuxusu
Yakobun yuxusu (isp. El sueño de Jacob) — 1639-cu ildə İspaniya telebrist rəssamı Xose de Ribera (Lo Spagnoletto) tərəfindən çəkilmiş rəsm əsəri. Ölçüləri 179 sm × 233 sm təşkil edir və hazırda Madrid şəhərindəki Prado muzeyinin 1-ci mərtəbəsinin 9-cu salonunda sərgilənir. Rəsmdə sol əlini başına dayayaraq mürgüləyən Yakob və arxasında bir ağac təsvir olunur. Arxaplanın digər tərəfində yuxuda gördüyü pilləkəni görmək mümkündür. Bu pilləkan taxta pilləkən deyil, işıq pilləkənidir və mələklər bu pilləkən vasitəsilə qalxıb düşürlər. == İstinadlar == == Xarici keçidlər == El sueño de Jacob, El Prado Jusepe de Ribera, 1591-1652 , Issued in connection with an exhibition held Sept. 18-Nov. 29, 1992, Metropolitan Museum of Art, New York (see pages: 135-137).
Yaqubun mələk ilə güləşməsi
Yaqubun mələk ilə güləşməsi — Bibliyada, Yaradılış kitabında (32:22–32) bəhs edilən və Huşənin kitabında (12:3–5) istinad edilən epizod. Sözügedən "mələk" Yaradılış kitabında "insan" (אִישׁ) və "tanrı" kimi xatırlanır, Huşənin kitabında isə "mələk" (מַלְאָךְ) haqqında məlumat verir. Azərbaycan dilindəki tərcümədə Yaradılış kitabında "şəxs" və "allah", Huşənin kitabında isə "mələk" ifadəsindən istifadə olunur. Hesaba Yaqubun adının dəyişdirilərək İsrail (etimologiyası "tanrı ilə mübahisə edən" kimi verilir) olması daxildir. Yaradılış kitabının narrativində Yaqub Kənana geri qayıtdığı zaman gecəni çayın kənarında tək keçirmişdir. O, bu zaman bir "insan" ilə qarşılaşır və onunla sübh açılana qədər güləşir. Sonda Yaquba "İsrail" adı və xeyir-dua verilir, "insan" isə öz adını bildirməkdən imtina edir. Yaqub daha sonra bu yeri Penuel (פְּנוּאֵל; "Allahın üzü") adlandırmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Geller, Stephen A. "The Struggle at the Jabbok: the Uses of Enigma in a Biblical Narrative" (PDF). Journal of the Ancient Near Eastern Society.