Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Atakan Karazor
Atakan Karazor (13 oktyabr 1996, Essen, Şimali Reyn-Vestfaliya) — 2. Bundesliqa təmsilçilərindən olan "Holştayn Kiel" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Borussiya Dortmund === Karazor "Boxum" akademiyası vasitəsilə inkişaf etmişdir. 5 may 2015-ci ildə o, "Borussiya Dortmund" klubuna transfer olmuşdur. Karazor "Borussiya Dortmund II" komandası ilə 59 oyuna çıxmış və bir qolla yadda qalmışdır. === Holştayn Kiel === 14 iyun 2017-ci ildə Karazor "Holştayn Kielv" klubu ilə müqavilə imzalamışdır. Karazor klub ilə debütünü 23 yanvar 2018-ci ildə "Yunion Berlin" klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. 2. Bundesliqa görüşündə "Holştayn" rəqibi ilə 2-2 hesabı ilə bərabərə qalmışdır.
Maribor
Maribor (sloven. Maribor; alm. Marburg an der Drau‎) - 95,500 nəfərlik əhalisi ilə Sloveniyanın ən böyük ikinci şəhəridir.Avstriyanın Qraz şəhərindən 50 km məsafədə yerləşir. Şərqi Avropa memarlığının ən diqqət çəkici xüsusiyyətlərinə bu şəhərdə rast gəlinir. Şəhərin ilk adı Marburq-an-der-Drau olmuşdur. Maribor tarixə uğursuz fəth cəhdləri ilə düşmüşdür. Məsələn, 1480 və 1481-ci illərdə Mattias Korvinusun başçılığı altındakı macarlar tərəfindən və 1532 və 1683-cü illərdə isə Osmanlı İmperiyası tərəfindən şəhərə uğursuz fəth cəhdləri baş tutmuşdur. == Tarixi == Orta əsrlərə aid tarixi mənbələrdə Markburh olaraq adlanan bu şəhərin adına ilk dəfə 1164-cü ildə rast gəlinmişdir. İlk dövrlərdə Dvar qraflığının mərkəzi olan şəhər sonradan Ştiriya qraflığının tərkibinə qatılmışdı. Maribor 1254-cü ildə şəhər statusu almışdır.
Maribor FK
Maribor – Sloveniyanın futbol klubu.
Maribor Universiteti
Maribor Universiteti (sloven. Univerza v Mariboru) — Sloveniyanın Maribor şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Maribor Universitetinin əsası 1975-ci ildə qoyulmuşdur.
Maribor sinaqoqu
Maribor Sinaqoqu (sloven. Sinagoga Maribor) Sloveniyanın Maribor şəhərində hal-hazırda muzey kimi fəaliyyət göstərən sinaqoq. Orta əsrlərdə Maribordakı gettoda Židovska ulica ("Yəhudi küçəsi")-nın mərkəzində yerləşən, Avropanın ən qədim qorunan sinaqoqlarından biridir və Sloveniyada yerləşən iki sinoqoqdan biridir (digəri isə Lendava Sinaqoqudur (sloven. Sinagoga Lendava). Bir zamanlar Alpların şərqində ən görkəmli yerlərdən biri olan Maribordakı orta əsr yəhudi icmasının mərkəzi kimi fəaliyyət göstərirdi. == Tarixi == İlk olaraq 1354-cü ilə aid mənbələrdə xatırlanan sinaqoqun 13-cü əsrin sonlarında tikildiyi düşünülür. Bina şəhər divarlarının yanında yerləşən yəhudi qəbiristanlığı, iqamətgah və Talmud məktəbini özündə birləşdirən kompleksin bir hissəsi idi. Yaxınlığındakı qala Židovski stolp ("Yəhudi qalası") olaraq tanınırdı və binanın divarları Drava çayının sahillərinə dayanırdı.1785-ci ildə II İosifin antiklerik islahatları zamanı sinaqoq müsadirə edildi və hərbi anbara çevrildi. Ticarət anbarı, şərab zirzəmisi, sənət studiyası və 1811-ci illərə qədər qaldığı bir yaşayış evi kimi istifadəyə verildikdən sonra 1980-ci ilə qədər bu həcmdə xidmət etdi.Keçmiş ziyarətgahın yenidən qurulması da daxil olmaqla, 1992-ci ildən 2000-ci ilə qədər davam edən bir neçə illik təmir işlərindən sonra, bina 2001-ci ildə Maribor və Sloveniyanın yəhudi icmasının tarixinə həsr olunmuş muzey və mədəniyyət-sərgi məkanı kimi açılmışdır. Ərazi əvvəlcə Maribor Regional Muzeyi tərəfindən idarə edildi.
NK Maribor
Maribor – Sloveniyanın futbol klubu.
Yarimar Merkado
Yarimar Merkado Martinez (12 mart 1995) — Puerto-Rikolu atıcı. Yarimar Merkado Puerto-Rikonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yarimar Merkado birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 406.6 xal toplayaraq 43-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.