Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təhlükəsizlik yastığı
Təhlükəsizlik yastığı (ing. airbag) — nəqliyyat vasitələrində passiv təhlükəsizlik sistemi (SRS, Supplemental Restraint System). Elastik örtüyə malikdir və içərisi hava və ya başqa qazlarla doldurulur. Təhlükəsizlik yastıqları avtomobil toqquşması zamanı zərbə riskinin minimum həddə olması üçün istifadə olunur. Təhlükəsizlik kəməri ilə birlikdə tətbiq olunmalıdır. İlk dəfə keçən əsrin 40-cı illərində təhlükəsizlik yastıqlarına oxşar təchizat təyyarələrdə istifadə olunurdu və ilk patentlər 50-ci illərdə tərtib edilmişdi. Amerika ixtiraçısı Allen Brid avtomobillərdə təhlükəsizlik yastığının əsas komponenti olan, toqquşmanı təyin edən diyircəkli datçiki yaratdı. O öz ixtirasın 1967-ci ildə Kraysler şirkətinə təqdim etdi. Təhlükəsizlik yastığı başın zədələnməsini və təhlükəsizlik kəməri ilə birlikdə sərnişinin yuxarı ətraflarının avtomobil salonunun hər hansı hissəsi ilə toqquşaraq ağır zədə almasının qarşısını alır. Həmçinin bu yastıq zərbənin gücünü zəiflədərək ağır travmaların qarşısını alır.
Çoban yastığı
Çobanyastığı (lat. Matricaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Dünya florasının tərkibində çobanyastığının 50 növü yayılmışdır. Cinsin Qafqazda 3, o cümlədən Azərbaycanda 2 növünə təsadüf edilir. Botanika elmində işlədilən bitki adlarının nomenklaturasında dərman çobanyastığı başqa adla, yəni səhv olaraq "vulgare" kimi təqdim edilmişdir. Sonralar 1708–1777-ci illərdə yaşamış alman botaniki Haller bitkiyə "matircaria" adı vermişdir. Matircaria latın sözü olub "balalıq" və "uşaqlıq", "mater" isə "ana" mənalarını verir. Alim çobanyastığının güclü mualicəvi təsirə malik olduğunu qeyd edərək bildirir ki, bitki ilə bir çox xəstəlikləri, o cümlədən də "uşaqlığı" müalicə edirmişlər. Bitkinin növ adı isə "rectuta"dır (recutitus — hamar, çılpaq sözlərindən götürülmüşdür). Qədim romalılar isə bitkiyə "chamaemelon" adı vermişlər.