Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kolanı yurdları (Şirvan və Muğanda)
Kolanı yurdları — Kolanı tayfası ilə bağlı Şirvanda və Muğanda geniş yayılmış yer adları. == Haqqında == Tarixi Şirvan ərazisinin ən böyük tayfalarından biri olan Kolanılar barədə geniş araşdırmalar aparan tədqiqatçı Nurəddin Bəndəliyevin tədqiqatına əsasən Qarabağdan Şirvana köçürülən Kolanı elatının Şamaxı şəhəri yaxınlığındakı müasir Xilmilli və Qızmeydan kəndləri ərazisində yerləşdiyi müəyyənləşdirilmişdir. Tədqiqatçının mülahizələrinə əsasən Qarabağdan böyük bir Kolanı tayfasının Şirvana göndərilməsi 1795-ci ildə olsa da, Kolanıların Qarabağ və Naxçıvandan bu bölgəyə yerləşməsi bu tarixdən əvvələ, XVI əsrdən olmalıdır. Girdə yaylağında Kolanıların məskunlaşmasından əvvəl digər tayfalar da olmuşdur, ancaq yaylaq ərazisində mövcud olmuş Dağ Kolanı kəndinin qəbiristanlığının tarixi, yerli sakinlərin fikrincə, 1600-cü illərədək qədimə aiddir. Onların Naxçıvan və Qarabağdan Şirvan ərazisinə 1600-cü illərdən də əvvəl köçməsi səbəbləri və faktlar barədə tarixi qaynaqlar vardır. Osmanlı hücumları, Şah Təhmasibin "yandırılmış torpaq" taktikası ilə köçürmə siyasəti bu tarixi yarım əsr də geriyə aparır. Kolanıların Şirvana məhz Qarabağ və Naxçıvandan, eləcə də XVI əsrdə gəlməsi onların Şirvanda ilk məskunlaşma tarixi kimi qəbul oluna bilməz. Məlum olduğu kimi, Şirvan ərazisində türk tayfalarının məskunlaşma tarixi qədim dövlərə gedib çıxır. Kolanı tayfasının bəzən Kolan olaraq da adlanmasına Şirvanda da rast gəlinmişdir. N. Bəndəliyev Kolanıların Goran, Qaraoğlanlı, Pirəvənd, Osallı, Türəni, Şadılı, Həzili, Ağsaqlı, Lolaylı və Alataxtalı kimi qollarının XVIII əsrdə Şirvanda məskunlaşdığını bildirir.