Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zülfiqar Əli Bhutto
Zülfüqar Əli Bhutto (urdu ذوالفقار علی بھٹو; 5 yanvar 1925[…], Larkan, Sind əyaləti – 4 aprel 1979[…], Ravalpindi, Pəncab) — Pakistanının siyasətçi və dövlət xadimi. Pakistanın 9-cu baş naziri (1973–1977) və 4-cü prezidenti (1971–1973). Hərbi çevriliş nəticəsində hakimiyyətdən salınmış və edam olunmuşdur. == Uşaqlığı və gəncliyi == Zülfüqar Əli Bhutto 1928-ci il yanvar ayının 5-də Britaniya Hindistanının Larkana şəhərində varlı müsəlman ailəsində anadan olmuşdur. Pakistan siyasətçisi Şah Navaz Bhuttonun oğludur. Hindistanda, ABŞ-də və Böyük Britaniyada təhsil almışdır. O, 1947-ci ildə ABŞ-nin Cənubi Kaliforniya ştatında universitetə daxil olmuşdur. Zülfüqar Əli Bhutto 1949-cu ildə Kaliforniyada yerləşən Berkli Kaliforniya Universitetinə köçürülmış və 1950-ci ildə siyasi elmlər sahəsində dərəcə almaqla həmin universiteti fərlənmə diplomu ilə bitirmişdir. Elə həmin il o, Oksford universitetinin Krayst-Çerç kolleçinə daxil olmuş və həmin təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirərək hüquq magistri ixtisasına yiyələnmişdir. 1953–1955-ci illərdə müəllim və vəkil işləmişdir.
Zulfiqar (tank)