Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zəncirli
Zəncirli — Yardımlı rayonunun Varğadüz inzibati ərazi vahidində kənd. Zəncirli — Daşkəsən rayonu ərazisində dağ. Digər yerli adı Yeddiqardaşdır; Zəncirli — Şərur rayonu ərazisində dağ silsiləsi. Naxçıvan MR ilə Ermənistanın sarhedindadir. Zəncirli — Daşkəsən rayonu ərazisində çay. Gəncə çayının sol qoludur. Zəncirli — İrəvan quberniyasının İrəvan qəzasında kənd adı.
Zəncirli (kənd)
Zəncirli - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı. == Haqqında == 1590-cı ilə və 1728-ci ilə aid mənbədə Zincirli kimidir. Başqa mənbədə Zincirlu kimidir. 1828-ci ilə aid mənbədə kəndin Abdulla Musa oğluna mənsub olması göstərilir 1828-1832-ci illərdə əhalisi qovulmuşdur. Sonra bir hissəsi geri qayıtmışdır. 1948-ci ildə kəndin azərbaycanlı əhalisi Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. Zəncirli dağının adındandır.
Zəncirli bina
Zəncirli ev — İçəri şəhərdə yerləşən abidə. == Tarixi == Bina XIX əsrin sonlarında — XX əsrin əvvəllərində Rzayevlər ailəsi tərəfindən inşa edilmişdir. Bir müddət sonra Rzayevlər bu evi öz qohumları Nuru Əmiraslanova satırlar. 1910-cu ildə isə binanı milyonçu İsa bəy Hacınski alır və bu yerdə daha hündür bir bina tikdirməyi planlaşdırır. Lakin ərazidə yeraltı suların olması onu bu fikrindən daşındırır və 1920-ci ildə binanı satır. Həmin ildən tacir Hacı Məmmədhüseyn Məmmədova məxsus olan bu mülk 1928-ci ildə İçərişəhərin tanınmış tacirləri sayılan Məlikov qardaşları tərəfindən alınmışdır. 1930-cu ildə müsadirə edilərək dövlət istifadəsinə verilən bina həmin ildən N.Nərimanov adına tikiş fabriki kimi fəaliyyət göstərmişdir. Mülkün son sahibi Məlikov qardaşları olduğu üçün bina Məlikovların mülkü kimi tanınır. Sonradan binada Dəniz gəmiçiliyi İdarəsi yerləşdirilmişdir. Zəncirli bina memarlıq üslubuna və bədii estetik görünüşünə görə XX əsrin əvvəllərində İçəri şəhərdə inşa olunmuş memarlıq abidələri içərisində özünəməxsus yer tutur.
Zəncirli ev

Zəncirli körpü
Zəncirli körpü və ya Seçeni körpüsü Budapeştinin iki tarixi hissəsini — Buda və Peşti birləşdirən Dunay çayı üzərindəki asma körpüdür. 1849-cu ildə açılmış və Dunay çayı üzərində ilk daimi körpü olmuşdur. Körpü Macarıstanının iqtisadi və sosial həyatında mühüm rol oynadı və Buda və Peştin vahid Budapeşt şəhərində birləşməsi üçün stimullardan birinə çevrildi. == Ad == Körpü, tikintisinin təşəbbüskarı və təşkilatçısı olan macar siyasətçisi Qraf İştvan Seçeninin adını daşıyır. == Yer == Körpü İştvan Seçeni Meydanı və Adam Klark Meydanını birləşdirir. Körpünün sol sahilində Qreşem sarayı və Macarıstan Elmlər Akademiyası, sağda isə Sıfır Kilometr Daşı (Budapeşt) və Buda qalasına aparan Budapeşt Hill Qala funikulyoru nun aşağı stansiyası var. Yuxarı axınında Marqaret körpüsü, aşağı axınında Erzsebet körpüsü yerləşir. == Tarix == Körpü qraf Szeçeninin təşəbbüsü ilə 1839-cu ildə ingilis mühəndisi Villiam Tierney Klark tərəfindən layihələndirilib. Tikintiyə şotland mühəndis Adam Klark nəzarət edirdi. (V. Klark ilə qohumluq əlaqəsi yoxdur).
Səncərəli
Səncərəli — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Qafan rayonunda) kənd adı. Mənbədə Sancaraqlı kimidir. XX əsrin əvvəllərində kənd dağılmışdır. Səncər Əxili adından təhrifdir. XIX əsrdə Zəngəzur qəzasında yaşayan Sofulu tayfasının bir qışlağı Səncərəxili idi. Qışlaq, görünür səncər (dərviş, sufi) əxiyə məxsus olduğuna görə Səncər Əxili adlanırdı. İranda Səncərabad, Səncərək, Kəlate Səncər və b. toponimlər barədə bax: XIX əsrdə Lənkəran qəzasında Səncərədi kənd adı ilə mənaca eynidir.
Zəncirə
Zəncirə — en cəhətdən "mədaxil"dən bir və ya bir yanım dəfə böyük olan haşiyə zolaqlarına deyilir. Zəncirə haşiyələr bir qayda olaraq çoxzolaqlı haşiyə qurşaqlarında istifadə edilir. Zəncirə haşiyə zolaqlarının "qarış" adlı bölmələri digər haşiyələrə nisbətən çox mürəkkəbdir. Zəncirə haşiyə zolaqlarına XV əsrdən etibarən mürəkkəb quruluşlu və böyük ölçülü xalılarda rast gəlmək olur.
Əncirli
Əncirli (Biləsuvar) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Əncirli (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Əncirli döş — Azərbaycan Respublikası Cəbrayıl rayonunda dağ adı.
Zincirli mədrəsə
Zəncirli mədrəsə (Krım tatarcası: Zıncırlı mədrəsə) — Krım bölgəsinin paytaxtı Bağçasarayda olan bir mədrəsə. Krım xanlarının və tarixi Müftülük binasının yerləşdiyi Salacık səmtində yerləşir. I Mənqli Gəray xan tərəfindən 1500-cü ildə inşa etdirilib. I Mənqli Gəray Bağçasaraydakı tarixi Xansarayı tikdirməkdən əvvəl Zəncirli mədrəsə bütün Şimali Qafqazdan Ural dağlarına qədər xidmət edən bir qurum halına gətirmişdir. Bu mədrəsədə dərs verəcənlərin və oxuyacaq tələbələrin dolanışıqlarını ödəmək üçün gəliri yüksək olan torpaqlar vəqf etdi. == İnşaası == Xanın mədrəsənin təməli atılanda şəxsən öz əlləri ilə qazdığı və daş daşıdığı rəvayət edilir. Bina başa çatanda isə mədrəsənin qapılarına çarpaz bir formada bir zəncir bağlanmışdır. Hazırda qapı girişində yerləşən bu zəncir mədrəsəyə girən tələbələrin əyilərək girməsini zəruri etdiyindən təvazökar olma yolunda təhsilə ilk addım kimi qəbul edilirdi. Mədrəsənin açılışında Xanın söylədiyi "Ağıl adamı alicənab edir, ağlı kamilliyin yolu isə elmə bağlıdı. Elmə hörmət etməyən, xan olsun, ya da padşah, o bir şeyə əsas ola bilməz, tez ya da geç o bunun zərərini görər.
Barxan zənciri
Barxan — səhralarda küləyin təsiri altında sovrulan qum təpəsi. == Haqqında == Barxan təpəsi planda oraq və ya nal şəklində göstərilir. Küləktutan yamacı az meyilli, küləktutmayan yamacı isə dik və qısa olur. Barxan küləyin rejimindən asılı olaraq tirə, təpə formasında olur və öz yerini dəyişir. Böyük Səhrada, Liviya və Nubiya səhralarında hündürlüyü 100 metrdən çox olan barxanlar var. == Ədəbiyyata gətirilməsi == Barxan, adını aldığı Türküstan kimi daxili hissələrdəki açıq çöl rayonlarının səciyyəvi xüsusiyyətini təşkil edir. Bu sözü 1881-ci ildə Rus təbiətşünas Alexander von Middendorun elmi ədəbiyyata gətirdiyi qəbul edilir. == Barxan ehramlar == Barxan ehramlar piramidal dyunlar, ulduzvari dyunlardır. Piramidal formalı qum yığınları. Barxan ehramları sadə-bir mərkəzdə birləşən eyni ölçülü, dik yamaclı tirələrdən və kompleks (mürəkkəb) — bir neçə zirvəsi olan, bir çox müxtəlif ölçülü tirələrdən ibarət formaları olur.
Qida zənciri
Qida zənciri — canlılar yaşamaq üçün qidalanmalıdırlar. Qida maddələri canlıların böyüməsi, inkişafı, hərəkəti və digər bioloji poseslərini həyata keçirmək üçün enerji mənbəyi rolunu oynayır. Hər bir orqanizm üzvi maddədə olan enerjidən istifadə edir. Üzvi maddələrin parçalanması müəyyən mərhələyə qədər çatdırılır. Enerji ilə zəngin qida qalıqları başqa orqanizmlərin qidasını təşkil edir. Beləliklə, canlıların müxtəlif növləri arasında qida əlaqələri yaranır. Qeyri-üzvi maddələrdən üzvi maddə hazırlayan avtotrof canlılar qida zəncirinin əsas halqasıdır. Bura xlorofil piqmentinə malik bütün canlılar və xemosintezedici bakteriyalar aiddir. Bu canlılar qida zəncirinin başlanğıc halqasını təşkil edir. Quruda yaşayan bitkilər üzərinə düşən Günəş enerjisinin 1%-dən istifadə edərək üzvi maddələr hazırlayır.
Təchizat Zənciri
Təchizat zənciri (ing. Supply Chain) — bir məhsul və ya xidməti təchizatçıdan müştəriyə çatdırmaq üçün qurulmuş təşkilatlar, insanlar, texnologiya, müxtəlif fəaliyyətlər, informasiya və resurslar sistemidir. Təchizat zənciri fəaliyyətləri təbii ehtiyatların, xammalın və komponentlərin hazır məhsula çevrilməsini təşkil edir. == Təchizat Zəncirinin İdarəolunması == Satınalma və tədarük, istehsal və logistika fəaliyyətlərinin planlaşdırılması və idarə olunmasını əhatə edir. Ən vacibi isə, buraya təchizatçılar, potensial tərəfdaşlar, vasitəçilər, üçüncü-tərəf xidmət təminatçıları və müştərilərlə koordinasiya və tərəfdaşlıq əlaqələri daxildir. Bu da şirkət daxilində və şirkətlər arasında tələb və təklifin tənzimlənməsinə yardım edir. Bu baxımdan TZİ biznesin əsas iş funksiyalarını və proseslərini birləşdirən, onların vahid və səmərəli şəkildə fəaliyyətlərini təmin edən bir mexanizmdir. Biznes funksiyaları dedikdə bir şirkətin fəaliyyəti üçün lazım olan bütün proseslər nəzərdə tutulur. Məsələn, TZİ birbaşa olaraq istehsalat və logistika proseslərinə nəzarət edir; marketinq, satış, məhsul dizaynı, maliyyə və informasiya texnologiyaları proseslərinin fəaliyyətlərini isə koordinasiya edir. Təchizat zəncirinin əsas məqsədi minimum inventarla tələb və təklif arasında uyğunluq qurmaqdır.
Zəncirə (Mərənd)
Zəncirə (fars. زنجيره‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,486 nəfər yaşayır (524 ailə).
Zəncirə (Şot)
Zəncirə (fars. زنجيره‎‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 58 nəfər yaşayır (15 ailə).
Zəncirə (Şövt)
Zəncirə (fars. زنجيره‎‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 58 nəfər yaşayır (15 ailə).
Əncirli (Biləsuvar)
Əncirli (fars. انجيرلو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 929 nəfər yaşayır (180 ailə).
Əncirli (Germi)
Əncirli (fars. انجيرلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 19 nəfər yaşayır (4 ailə).
Əncirli döş
Əncirli döş- Azərbaycan Respublikası Cəbrayıl rayonunda dağ adı. == Toponimikası == Əncirli döş Cəbrayıl rayonunda dağ adı. Oronim bitki adına döş("dağın, təpənin yuxarı bissəsi ilə ətəyi arasındakı sahə", "dağ yamacının yuxarı və orta hissələri arasında qalan hissə", "yamacın yuxarı hissəsi") sözünü əlavə etməklə yaranmışdır.
Əncirli dərə
Əncirli dərə — Qaradağ rayonunda dərə; Əncirli dərə — Qubadlı rayonunda dərə; Əncirli dərə — Zəngilan rayonunda dərə; Əncirli dərə — Cəbrayıl rayonunda dərə.
Qida zənciri ekoloji piramida
Qida zənciri — canlılar yaşamaq üçün qidalanmalıdırlar. Qida maddələri canlıların böyüməsi, inkişafı, hərəkəti və digər bioloji poseslərini həyata keçirmək üçün enerji mənbəyi rolunu oynayır. Hər bir orqanizm üzvi maddədə olan enerjidən istifadə edir. Üzvi maddələrin parçalanması müəyyən mərhələyə qədər çatdırılır. Enerji ilə zəngin qida qalıqları başqa orqanizmlərin qidasını təşkil edir. Beləliklə, canlıların müxtəlif növləri arasında qida əlaqələri yaranır. Qeyri-üzvi maddələrdən üzvi maddə hazırlayan avtotrof canlılar qida zəncirinin əsas halqasıdır. Bura xlorofil piqmentinə malik bütün canlılar və xemosintezedici bakteriyalar aiddir. Bu canlılar qida zəncirinin başlanğıc halqasını təşkil edir. Quruda yaşayan bitkilər üzərinə düşən Günəş enerjisinin 1%-dən istifadə edərək üzvi maddələr hazırlayır.
Şleyf qoşulması (Qızçiçəyi zənciri)
Şleyf qoşulması və ya qızçiçəyi zənciri (en. daisy-chain), (ru. шлейфовое подключение), (tr. papatya dizimi) – kompüterə bir neçə qurğunun ardıcıl qoşulması üsulu. “Qızçiçəyi zənciri” aşağıdakı kimi gerçəkləşdirilir: birinci qurğu kompüterə qoşulur, ikinci qurğu birinciyə, üçüncü qurğu ikinciyə qoşulur və s., sonuncu qurğu isə müqavimətə, yaxud terminatora qoşulur. Məsələn, bir SCSI-porta zəncirvari olaraq sərt disklər cə CD-ROM kimi yeddiyədək periferiya qurğusu qəşulur. Siqnallar zəncir boyu bir qurğudan sonrakına ötürülür. Son nəticədə bütün qurğuların qoşulduğu kanaldan (şindən) istifadə üstündə toqquşmalardan qaçmaq və nizamlılığı saxlamaq üçün qurğuların hər birinə öncəlik (prioritet) verilir; başqa variant da mümkündür, belə ki, hər bir qurğu “kanala” qulaq asır və yalnız xətt boşaldıqca verilişə başlayır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.