Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Entoni Legget
Entoni Legget (26 mart 1938, Kamberuell[d], Böyük London) — ingilis professor və fizik. 1983-cü ildən bəri İllinoys Universitetində professorluq edən Legget 2003 və 2008-ci illərdə Fizika shəsində ən mükəmməl təlimçi seçilmişdir. == Bioqrafiyası == Fizika müəllimləmi olan ingilis bir ata və riyaziyyat müəllimi olan irlandiyalı bir ananın uşağı olan Entoni Legget 1938-ci ildə doğulmuşdur. "Klara" və "Judis" adında iki bacısı, "Terence" və "Paul" adlarında iki qardaşı var. 1972-ci ildə evləndiyi antropoloq "Haruko Kinase" (doğ. 20 noyabr 1950) ilə 28 sentyabr 1978-ci il təvəllüdlü "Elizabeth Asako" adlı bir qızları var. == Təhsili == Uşaqlıq və gənclik zamanları döyüş illərinə təsadüf etmişdir. Katolik bir məktəbdə təhsilini başlayan Legget sonra yüksək qeydləri sayəsində Uimbldonda bir məktəbə daxil olmuşdur. Atasının işə başladığı xüsusi bir məktəb olan "Beaumont College" də lisey təhsilini tamamlamışdır. 1954-cü ildə Oksford Universiteti, Baliol Kollecinin imtahanlarına girir və qazanır.