Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vietnam Airlines
Vietnam Airlines (hərf. Vyetnam Hava Yolları) — Vyetnamın dövlət aviaşirkəti. 1989-cu ilin avqustunda hökumətin qərarı ilə dövlət şirkətinə çevrilmişdir. 1993-cü ildə şirkətin bazasında "Vietnam Airlines"a bir neçə xidmət müəssisəsini birləşdirərək "Vietnam Airlines Corporation" yaradılmışdır. Şirkətin baş ofisi ölkənin paytaxtı Hanoyun Lonqbyen rayonunda yerləşir/ Aviaşirkət 2010-cu ilin iyununda "SkyTeam"ə qoşulmuşdur.
Bistam (Xoy)
Bistam — İranın Qərbi Azərbaycan ostanında kənd. Xoy şəhristanının Qara Ziyəddin bölgəsinin Çaypara kəndistanında, Ziyəddin qəsəbəsindən 6 km qərbdədir.
Bistam döyüşü
Bistam döyüşü və ya Çəmən Bistam döyüşü — 1526-cı ildə Bistam çəmənində Übeyd xanın rəhbərliyi altında özbək qoşunu ilə Səfəvi ordusu arasında baş verən döyüş. 1524-cü ildə Durmuş xan Şamlının vəfatından sonra Məşhəd hakimi Burun sultan Təkəli də ustaclı-təkəli qarşıdurmasında qətlə yetirilmişdi. Bu xəbər tez bir zamanda Məşhədə çatdıqda Məşhəd artıq özünü müdafiə edəcək təqdirdə deyildi. Übeyd xan bu fürsəti qənimət sayıb yenidən Xorasana hücum çəkmək planı hazırlıqlarına başladı. Həsən bəy Rumlu "Əhsən ət-Təvarix" əsərində Übeyd xan Özbəyin Tus şəhərini ələ keçirməsi haqqında söhbət adlı başlıqda mövcud vəziyyəti belə şərh edir: "Dərgah əmirlərinin ixtilafı, Xoca Həbibullanın qətli, yolsuz-yordamsız şamluların Xorasandakı istilası, Durmuş xanın ölümü, Burun sultanın qətli və Xorasanın pərişanlığı haqqında xəbərlər Übeyd xana çatdıqda, o, Amudərya çayını keçib Mərvə gəldi. Oradan məiyyəti və ordusu ilə Tus şəhərinə yollandı, sultanlardan və bahadırlardan ibarət bir zümrə ilə həmin şəhərin ətrafına vüqarla qədəm qoydu və şəhəri dairə kimi araya aldı. O zaman Burun sultanın ailəsi və köçü həmin məkanda idi." Beləliklə Übeyd xan Xorasan bölgəsində baş verən qarmaşıqlıqdan istifadə edərək 1526-cı ildə ikinci Xorasan səfərinə başladı. O, ordusu ilə hicri 932 (1525–1526-cı il) Çaharcu bərə körpüsündən keçərək Mərv şəhərinə gəldi. Buradan isə Məşhəd üzərinə yeriyib şəhəri mühasirəyə aldı.Bu zaman Burun sultanın ailəsi bu şəhərdə idi. Yaxın şəhərlərin hakimi olan qızılbaşlar bir müddət şəhəri mühafizə edib qorusalar da, ərzaq azlığı mühasirədəkilərin vəziyyətini çətinləşdirmişdi.Mühasirədəkilər bir müddət sonra Səfəvi sarayından ümidi kəsərək Xorasan şəhərlərinin hakimlərinə adamlar göndərib kömək istədilər.