axtaçılıq
axtalama
OBASTAN VİKİ
Axtaxana
Axtaxana (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Axtaxana (Qafan) — Qafan rayonunda kənd. Axtaxana (Salmas) — Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd.
Axtaxana (Cəlilabad)
Axtaxana — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd XVI əsrdə Azərbaycanın şimalında yaşamış türkdilli "padar" tayfasının bir qolu olan "axtaçı" tayfa adındandır. Kəndin ilk adı Axtacıxana olmuşdur. Sonradan "çı" şəkilçisi düşmüşdür. "Xana" isə ev məkan bildirir. == Toponimikası == Göytəpə çayının sahilində, Burovar silsiləsinin ətəyindədir. Oykonim axta və xana sözlərindən düzəlib, "heyvanların axtalandığı yer; at saxlanan yer" deməkdir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsi vaxtilə Göytəpə çayı boyunca keçən köç yolunda yerləşən axtaxanada salındığı üçün belə adlandırılmışdır. Ermənistan və Özbəkistan toponimiyasında da Axtaxana oykonimləri qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 220 nəfər əhali yaşayır.
Axtaxana (Qafan)
Axtaxana və ya Corastan (erm. Ձորաստան) - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Toponim atçılıqla məşğul olan axta etnonimindən və fars dilində «yaşayış məntəqəsi, ev, kənd» mənasında işlənən xana sözündən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı 1918-ci ildə dəyişdirilib Xlataq, sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l.VI.1940-cı ilə fərmanı ilə adı yenidən dəyişdirilib Zorastan qoyulmuşdur.
Axtaxana (Salmas)
Axtaxana (fars. اخته خانه‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 587 nəfər yaşayır (129 ailə). Əhalisi yerli azərbaycan türklərindən ibarətdir. == Coğrafi yerləşməsi == Salmas şəhristanının mərkəzi bölgəsinin Ləkistan kəndistanında, Salmas şəhərindən 8 km cənub-şərqdə, Salmas-Urmiya avtomobil yolunun üstündədir.

Значение слова в других словарях