AYƏLƏR

sözünün etimoloji mənası nişanə, işarə, ilahi hikmətin sərgilənməsi deməkdir. Quran surələrindəki cümlələr də ayə adlanır. Bu sözlə həm Allahın vəhylərini, həm də Allahın yaratdığı müxtəlif təbiət hadisələrini ifadə edirlər. Quran hər bir kəsi bu hadisələrin mahiyyəti və onları yaradan səbəblər haqqında düşünməyə çağırır. Heç bir şeyin səbəbsiz yarana bilmədiyinə görə, təbiətdə baş verən obyektiv hadisələr Allahın varlığını sübut edir. İslam ənənəsində peyğəmbərlərə endirilmiş bütün vəhylər də ayələrdən ibarətdir. Quran ayələri mənalarına görə möhkəm və mütəşabih kimi bir neçə kateqoriyalara bölünürlər. Quranda ayələrin dəqiq sayı haqqında alimlər arasında fikir ayrılığı vardır. Onlardan bəziləri orada 6600, digərləri isə 6204, 6214, 6219, 6225 və 6236 ayənin olduğunu qeyd edirlər. Fərqli olan bu rəqəmlər müxtəlif səbəblər üzündən ortaya çıxmışdır. Misal üçün, Quran surələrinin bütünü (“Tövbə” surəsindən başqa) “Mərhəmətli və mehriban Allahın adı ilə” sözləri ilə başlayır. O ifadənin ayə hesab edilməsi haqqında müxtəlif fikirlər vardır.
ATA
AYƏLƏR

Значение слова в других словарях