Ayrançilo

Mürəkkəb struktura malik olan bu yemək adı “ayran” və “çilo” sözlərinin birləşməsi nəticəsində yaranmışdır. Yuxarıdakı lüğət məqaləsində “ayran” sözünün tarixi-etimoloji köklərinə aydınlıq gətirdik. Burada “çilo” sözü bəzi türk dillərində “yemək” mənasında işlənir: yəni “ayran hazırlanan yemək, xörək”. S. Altaylının lüğətində bu söz məhəlli leksik vahid hesab edilir və “ayran aşı, ayranla bişirilən bir yemək” mənasında olduğu göstərilir. (21, 74)
Ayranaşı
Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti