azıdişi
azıxma 2021
OBASTAN VİKİ
Azıxantrop
Azıxantrop (türk. azıx, yun. άνθρωπος – Azıx adamı) — Azərbaycan arxeoloqu Məmmədəli Hüseynov tərəfindən 1968-ci ildə Azıx mağarasında alt çənə sümüyü kəşf edilmiş hominidlər fəsiləsinə aid növ. Azıxantropun çənəsi bir tərəfdən pitekantroplara, xüsusilə Mauer adamının çənəsinə, digər tərəfdən bir çox cəhətlərinə görə Fransanın cənubunda olan Kondel-Araqo düşərgəsinin qədim Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış pre-neandertal tipli insanlara daha yaxındır. Lakin son zamanlar aparılmış tədqiqatlardan sonra, bəzi alimlər neandertal tipli insanları müasir insanların əcdadı hesab etmirlər. Azıxantropun çənə sümüyü Azərbaycan Tarix Muzeyində saxlanılır. == Tarixi == 1968-ci ilin iyununda M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunmuşdur. Çənə sümüyü qalın, dişləri isə xırdadır. Azıxantropun qalıqlarının paleoantropoloji tədqiqatı zamanı D.V.Hacıyev onların 18–22 yaşlı qadına məxsus olduğunu müəyyənləşdirmişdir. Antropoloji xüsusiyyətlərinə görə sinantrop və Heydelberq adamına uyğun gəlir; eyni zamanda Neandertal adamına da yaxındır.

Значение слова в других словарях

вы́зов драчу́нья идио́ма накопи́ть припуска́ть черёмушник калифо́рниевый но́у-ха́у огневой вал отделе́нческий передобе́денный письмо́ посурове́ть пы́шечная сволочи́ть ули́тка basal cell coalescence crouch detractor headrail letterless затормошить махинация просеивание