azəri
azgəlirli
OBASTAN VİKİ
Azərilər
Azərbaycanlılar (az.-əbcəd آذربایجانلیلار‎), Azərbaycan türkləri və ya azərilər (az.-əbcəd آذریلر‎) — əsasən İranın şimal-qərbini əhatə edən Cənubi Azərbaycanda və Azərbaycan Respublikasında yaşayan türk xalqı.Azərbaycan və İrandan başqa, həm də indiki Rusiya (Dağıstan), Gürcüstan (Borçalı), Türkiyə (Qars və İğdır) və İraq ərazisində yaşayırlar. Antropoloji cəhətdən Avropoid irqinin Kaspi tipinə aiddirlər. Azərbaycan dilində danışırlar. Dindarları əsasən İslam dininin şiə təriqətindədirlər (yalnız Cəfəri məzhəbində). Müasir Azərbaycan etnosunun Cənubi Qafqaz və Şimal-Qərbi İran ərazisində formalaşması prosesi çoxəsrlik bir proses olmuş və əsasən, XV əsrin sonlarında başa çatmışdır. == Məskunlaşma == Azərbaycanlılar saylarının çoxluğuna görə Qafqazda birinci, Gürcüstan və İranda isə ikinci xalqdır. Azərbaycanın özündə isə 10,1 milyona yaxın (2019) azərbaycanlı yaşayır (ölkə əhalisinin 93,6%-i).İranda azərbaycanlılar əsasən, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan ostanlarında çoxluq təşkil edirlər. Həmçinin, Kürdüstan ostanının şərq rayonlarında (Qürvə şəhəri yaxınlığındakı kəndlərdə), Həmədan ostanında və Qəzvin ostanının şimal rayonlarında yaşayırlar. Tehran, Kərəc və Məşhəd şəhərlərində də böyük azərbaycanlı icmaları var. İranda yaşayan azərbaycanlıların ümumi sayı, müxtəlif hesablamalara görə, 20–30 milyon nəfərdir.Rusiyada azərbaycanlılar Dağıstanın cənubunda yaşayırlar.
Məşhur azərilər
Azərbaycanlıların siyahısı — Azərbaycan Respublikası, Sovet Sosialist Respublikaları İttifaqı, Azərbaycan Xalq Cümhuriyyəti, Rusiya imperiyası, Azərbaycan xanlıqlarının və Azərbaycanın digər sələfi dövlətlərinin və dünya ölkələrin tərkibində yaşayan azərbaycanlıların siyahısı. Siyahıda həmçinin Azərbaycanda yaşayan digər etnik azlıqlardan olan məşhur şəxslər, eləcə də xaricdə anadan olub, Azərbaycanda aktiv həyatının çox hissəsini yaşayan şəxslər qeyd olunub. Siyahı ad sırası ilə qeyd olunub.
Azərilərin məskunlaşması
Azərbaycan xalqının məskunlaşması — əksəriyyəti Qafqazda və Orta Şərqdə yaşayan türkdilli xalq olan azərbaycanlıların paylanması. Hal-hazırda azərbaycanlılar əsas olaraq Azərbaycan Respublikasında, İranda (Cənubi Azərbaycan), Qafqazda (Borçalı və Dağıstan) və Türkiyədə (İğdır və Qars illəri) yaşayırlar. Azərbaycan geomədəni regionunda Azərbaycan mədəniyyəti (Memarlıq, təsviri sənət, kino, mətbəx, milli rəqslər, milli geyimlər, ədəbiyyat, musiqi, mifologiya və teatr sənəti) və dili (Əlifba, orfoqrafiya və dialektlər) inkişaf etmişdir. == Tarixi yurdlar == === Azərbaycan Respublikası === Azərbaycanlılar Azərbaycan əhalisinin əksəriyyətini təşkil edir. The World Factbook təşkilatının verdiyi məlumata görə 1999-cu ildə Azərbaycan əhalisinin 90.6%-i azərbaycanlılardan ibarət idi. 2009-cu ildə keçirilən Azərbaycan əhalisinin siyahıyaalınmasına əsasən Azərbaycan Respublikasında 8,172,809 azərbaycanlı (ölkə əhalisinin 91.6%-i) yaşayırdı. === İran === İran azərbaycanlıları və ya cənubi azərbaycanlılar İran Azərbaycanında yaşayan və ya əslən İran Azərbaycanından olan azərbaycanlılardır. İran azərbaycanlılarının sayı müxtəlif mənbələrə görə 15–35 milyon arasındadır, bu isə İran əhalisinin 18%–50%-ni təşkil edir. 1957-ci ildə Moskvada nəşr edilmiş "Ön Asiya xalqları" kitabında 1956-cı il üçün verilən ehtimala əsasən "bütün İranda təxminən 4,000,000 nəfərədək etnik azərbaycanlı yaşayırdı." Bundan əlavə tayfa bölgüsünü saxlamış, köçəri və yarım köçəri həyat sürən və dil həmçinin mədəniyyət baxımından azərbaycanlılara yaxın olan tayfalara mənsub əhalinin sayı isə təxminən 700,000 nəfər (400,000 əfşar, 180,000 şahsevən, 75,000 qaradağlı 25,000 qacar və 20,000 qarapapaq) idi.İran azərbaycanlıları əsasən İranın şimalında, qərbində və şərqində yaşayırlar. İran azərbaycanlıları Ərdəbil, Urmiya, Təbriz, Zəncan ostanlarının əksəriyyətini təşkil edirlər.
забо́рчик ложноно́жка льди́стый ма́зерный пото́мство президенту́ра фами́лия быть на подхва́те комбинезо́новый нерезультати́вно обло́паться повы́скакать подсе́кция поло́мка пристёгивать проса́ливать руче́йный гайканский ямо glyptical half-value layer off-roader парафраз переучивать тишь