Örtmə tikmə
Örtmə tikmə (rus. вышивка гладью, türk. saten dikiş, ing. satin stitch, damask stitch) - bu tikmə üsulunda parça üzərindəki rəsm yastı tikişlərlə tamamən örtülür.
Bu üsulda pastelrəngli ipək və yun saplardan istifadə edilir, çox vaxt qızılı saplarla birgə. Bir- və ikitərəfli növləri var. Geyim, divarüstü bəzəklərin, pərdələrin üzü işlənirdi.
Örtmə tikmə bir və iki tərəfli ola bilər. Bir neçə tikiş texnikasında işlənə bilər:
Yastı örtmə - ikitərəfli olur, tikişlər birinə yaxın, sıx-sıx düzülür
Döşəmə örtmə
"İrəliyə iynə" tikişi
"Geriyə iynə" tikişi
Dəlikli örtmə -
Nazik bənd örtməsi
Su tikişi (rus. стебельчатый шов)
İlgəkli tikiş
Düyünlü tikiş
Zəncir tikiş
Sayılı tikiş
Kölgəli tikiş - müxtəlif rəngli saplarla işlənilir
və s.