ağbuğda 2021
ağbuta 2021
OBASTAN VİKİ
Ağbulaq (Həştrud)
Ağbulaq (fars. اغ بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 435 nəfər yaşayır (95 ailə).
Ağbulaq (Kəlbəcər)
Ağbulaq, Alçalı (?-2015) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə işğaldan azad edilib == Tarixi == 29 may 2015-ci ildə Günəşli kənd inzibati ərazi dairəsi tərkibindəki Alçalı kəndi Ağbulaq kəndi adlandırılmışdır. Kəlbəcər rayonunun ərazisində 3 ədəd Alçalı kəndi var. Alçalı (Qılınclı sovetliyi), Alçalı (Daşbulaq sovetliyi) və Alçalı (Günəşli sovetliyi). Bu kəndlər alça ağacları ilə bol olan ərazilərdə yerləşdiyinə görə belə adlanırlar. == Toponimikası == Kənd dağətəyi ərazidədir. == Yaylaqlar == Alagöllər yaylağı, Bədirbəyli yurdu, Qərvənd yurdu, Taxtadüz yurdu, Heydərin yurdu, Uçuğun başı yurd, Dəlikdaş yurdu, Sandıq yurd. == Bulaqlar == Zeynalın bulağı, Sarı bulaq, Daşdan çıxan bulaq, Sandıq bulağı. == Məşhur yerlər == Balaca göl yeri, Günəşqaya, Qırmızıqaya, Kəlölən.
Ağbulaq (Laçın)
Ağbulaq — Azərbaycan Respublikasının Laçın rayonu Ağbulaq kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Rayon mərkəzindən təxminən 62 km. şimal qərbdə yerləşir. Hocazsu çayının sağ qolunun sahilindədir. Kəndin ərazisi keçmışdə Zəngəzur qəzasında yaşamış ağkörpü adlı tayfanın qışlaq yerlərindən olmuşdur. Ağbulaq şəlaləsi füsunkar gözəlliyi ilə kəndi daha da gözəlləşdirir. Bu ərazi işğal dövründə ermənilər tərəfindən "Spitakajur" icması adlandırılmışdır. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Mədəniyyət == Şəhid Əmir Əsgərov adına orta məktəb var.
Ağbulaq (Meşkin)
Ağbulaq (fars. اق بلاغ‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,489 nəfər yaşayır (312 ailə). == Coğrafi yerləşməsi == Meşkinşəhr şəhristanının Mərkəzi bölgəsinin Qərbi Meşkin kəndistanında, Meşkinşəhr şəhərindən 5 km çənubdadır.
Ağbulaq (Meşkinşəhr)
Ağbulaq (fars. اق بلاغ‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,489 nəfər yaşayır (312 ailə). == Coğrafi yerləşməsi == Meşkinşəhr şəhristanının Mərkəzi bölgəsinin Qərbi Meşkin kəndistanında, Meşkinşəhr şəhərindən 5 km çənubdadır.
Ağbulaq (Nəzərkəhrizi)
Ağbulaq (fars. اغبلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 153 nəfər yaşayır (28 ailə). == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Quruçay kəndistanında, Qaraağac qəsəbəsindən 37 km şimal-qərbdədir.
Ağbulaq (Oğuz)
Ağbulaq - Azərbaycan Respublikası Oğuz rayonu ərazisində mineral su bulağı. Rayon mərkəzindən 6-7 kilometr şimal-şərqdə, meşəlik ərazidədir. Suyu soyuq, hidrogen-sulfidlidir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı,2009, səh.175.
Ağbulaq (Pəmbək)
Ağbulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponimin Azərbaycan dilində «keyfiyyətli, içməyə yararlı» mənasında işlənən ağ sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Lusaxbyur qoyulmuşdur.
Ağbulaq (Qiydar)
Ağbulaq (fars. اقبلاغ سفلي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 723 nəfər yaşayır (144 ailə). == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Şöhrəvərd kəndistanında, Qiydar qəsəbəsindən 21 km qərbdə, dağlıq ərazidədir.
Ağbulaq (Qobustan)
Ağbulaq - Azərbaycan Respublikası Qobustan rayonu ərazisində mineral su bulağı. Ceyrankeçməz çayının dərəsində, Mərəzə qəsəbəsi yaxınlığındadır. Suyu soyuq, kükürdlüdür. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı,2009, səh.175.
Ağbulaq (Qoşaçay)
Ağbulaq (fars. اغبلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 178 nəfər yaşayır (37 ailə).
Ağbulaq (Qürvə)
Ağbulaq (fars. آقبلاغ‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 486 nəfər yaşayır (117 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir. == Coğrafi yerləşməsi == Sənəndəc şəhristanının Qurvə bölgəsinin Çahardolu kəndistanında, Qurvə qəsəbəsindən 45 km cənub-şərqdədir.
Ağbulaq (Qəzvin)
Ağbulaq — İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Eyniadlı şəhristanının Ziyaabad bölgəsinin Qaqazan kəndistanında, Ziyaabad qəsəbəsindən 18 kilometrlikdə, dağlıq ərazidədir.
Ağbulaq (Sübhanverdi)
Ağbulaq — İrəvan xanlığının Aqin mahalında kənd adı. == Toponim == Ağbulaq — İrəvan xanlığının Aqin mahalında kənd adı. Digər adı Sübhanverdi. 1886-cı ilə aid məlumata görə əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət idi. 1919-cu ildə azərbaycanlılar qovulmuşdur. 1947-ci kənd ermənicə Lyusaxpur adlandırılmışdır. XIX əsrdə Qafqazda mövcud olmuş 24 Ağbulaq toponimindən biridir. Sübhanverdilər adlı oymağın Ağbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ağbulaq Azərbaycan dilində ağ içməli su, axan su, yağış və qar sularından qidalanan su və bulaq sözlərindən ibarətdir. == Həmçinin bax == Ağbulaq (Göyçə) Azərbaycan == Ədəbiyyat == Budaqov B. Ə. Azərbaycan toponimlərinin problemləri.
Ağbulaq (Səcasənrud)
Ağbulaq — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Səcasənrud kəndistanında, Qiydar qəsəbəsindən 33 km şimal-qərbdədir.
Ağbulaq (Çatkal)
Ağbulaq çayı (özb. Oqbuloq) — Özbəkistan Respublikasının Namanqan vilayəti və Daşkənd vilayətinin Bostanlıq rayonu ərazisindən axan çay. Çay Çatkal çayının sol solunu təşkil edir. == Təsviri == Ağbulaq çayı Çatkal silsiləsinin moren göllərindən götürür. Bu gölllər çayın qidalandırıcısı rolunu oynayır. Ağbulağın dərəsi tektonik qırılma nəticəsində meydana gəlmişdir. Kumbel qırılmasının bir qolunu təşkil edir. Çay vadisi qədim şəkilə malikdir. Aşağı axarlarda çay sərt döngələrə malikdir. Çayın sağ sahili Sarqardon silsiləsi ilə əhatələnmişdir.
Ağbulaq bələdiyyəsi
Tetritskaro bələdiyyəsi — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində inzibati-ərazi vahidi. İnzibati mərkəzi Tetritskaro şəhəridir. == Əhalisi == 2014-cü ildə bələdiyyənin əhalisinin sayı 28.300 nəfər olub. Gürcüstanda 2002-ci ildə aparılmış əhalinin siyahıyalınması nəticələrinə görə rayonun əhalisi 25.354 nəfər təşkil edirdi. Əhalinin etnik tərkibi aşağıdakı kimi olub. == Yaşayış məntəqələri == Bələdiyyənin tərkibinə 86 yaşayış məntəqəsi daxildir, bunlardan 1 şəhər, 1 qəsəbə və 84-ü kənddir.
Ağbulaq dağı
Ağbulaq dağı — Baş Qafqaz silsiləsinin su ayrıcında dağ. Azərbaycanın Qax rayonu ilə Dağıstanın sərhədindədir. Hündürlüyü 3072 m. Ağbulaq aşırımı buradadır. Adını eyniadlı bulaqdan almışdır.
Ağbulaq nekropolu
== Coğrafi mövqeyi == Ağbulaq nekropolu, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yerləşən antik dövrə aid arxeoloji abidədir. == Tapıntılar == Qəbirlər iri küplərdən ibarətdir və bu nekropol təsərrüfat işləri aparılarkən aşkar olunmuşdur. Ərazi traktorla kürəndiyindən qəbir dağılmış, iri küp qırıqları ətrafa səpələnmişdir. Dağılmış sahədə iri qaya parçalarına rast gəlinmişdir. Qazıntılar zamanı iki qəbir tədqiq olunmuşdur. Birinci küp ağzı günbatana olmaqla şm.- q istiqamətində idi. Ətrafı dördkünc formada bir cərgə daşla hörülmüşdür. Küpün ağzına təkqulplu qara rəngli iri qab qoyulmuşdur. Küpün içərisi torpaqla dolmuş, skelet qalıqları cürüyərək preslənmişdir. Küp təmizlənərkən əqiq və şüşə muncuqlar, gil qab qırıqları, muncuq, tunc sancaq, üzük və zınqrov, 1 ədəd mis pul və başqa maddi mədəniyyət nümunələri əldə edilmişdir.
Ağbulaq
== Yaşayış məntəqələri == Azərbaycan kəndləri Ağbulaq (Xocavənd) Ağbulaq (Edilli, Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd. Ağbulaq (Gavahın, Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd. Ağbulaq (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Ağbulaq (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Ağbulaq (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Ağbulaq (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Ağbulaq (Laçın) — Azərbaycanın Laçın rayonunun Sarıbaba kəndin əvvəlki adı. Ağbulaq (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Ağbulaq (Şahbuz) — Azərbaycanın Şahbuz rayonunda kənd. Ağbulaq (Şuşa) — Azərbaycanın Şuşa rayonunda kənd.
Ağbulaq (Üşnəviyyə)
Ağbulaq (fars. اغبلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.158 nəfər yaşayır (301 ailə).
Ağbulaq (İcrud)
Ağbulaq (fars. آقبلاغ‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 674 nəfər yaşayır (157 ailə).
Ağbulaq (İsmayıllı)
Ağbulaq — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Ağbulaq kəndi rayon mərkəzindən 15 km aralıqda yerləşir. == Tarixi == Kəndin bünövrəsi ötən əsrin 30-cu illərində qoyulub. Əhalsi əsasən dağ kəndlərindən olan Həftəsov və Lahıc kəndindən köç edənlər məskən salanlardır. Əsas yoldan 3 km aralıda yeləşir. Bu kənd haqqında informasiya əldə etmək asan deyil. Hətta keçmiş Azərbaycan Sovet Ensklopediyasında belə adı xatırlanmır. Bir zamanlar Təzəkənd sovetliyinə daxil olub. Baş Qafqaz silsiləsinin ətəyindədir. Ərəbşahverdi tayfasının qışlaq yerinin adı olmuşdur.
Ağbulaq (Şahbuz)
Ağbulaq (əvvəlki adı: Gecəzur) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Gömür kənd inzibati ərazi dairəsi tərkibindəki Gecəzur kəndi Ağbulaq kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == İvan İvanoviç Şopenin rəhbərliyi 1829-cu ilin aprel ayında başladılmış və 1832-ci ilin may ayında sona çatdırılmış əhalinin kameral siyahıyaalınmasının yekunlarına əsasən Erməni vilayətinin Naxçıvan əyalətinin Naxçıvan mahalında yerləşən Gecəzur kəndində 13 evdə 30 nəfəri kişilər 24 nəfəri isə qadınlar olmaqla 54 nəfər erməni (10 fevral 1828-ci ildə bağlanılmış Türkmənçay müqaviləsinin XV bəndinə əsasən 16 mart 1828-ci ildə Qacar dövlətindən köçürülmüşdülər) yaşayırdı. Əhalisi 536 nəfərdir (2009).
Ağbulaq (Şuşa)
Ağbulaq — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağbulaq kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.
Ağbulaq (Molla Yaqub)
Ağbulaq — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Sərab şəhristanının Mərkəzi bölgəsinin Molla Yaqub kəndistanında, Sərab şəhərindən 25 km cənub-qərbdə, Sərab-Ərdəbil avtomobil yolunun 7 kilometrliyindədir.
Ağbulaq Suqar (Şövt)
Ağbulaq Suqar (fars. اغبلاغ سقار‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 34 nəfər yaşayır (5 ailə).
Ağbulaq Xizək Mərkəzi
Ağbulaq Xizək Mərkəzi-Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yerləşir == Ümumi məlumat == Ağbulaq İstirahət Kompleksi dəniz səviyyəsindən 2000 metr yüksəklikdə,Şahbuz rayonunun eyniadlı kəndində yerləşir . Ağbulaq Naxçıvan şəhərindən 58 km , Hava Limanından isə 66 km məsafədə yerləşir. Dağların qoynunda yerləşən Ağbulaq İstirahət və Xizək Mərkəzi gündəlik qayğılardan uzaqlaşmağınız üçün ideal məkandır . Dağlara açılan gözəl mənzərəli otaqlar, təbii qidalar, təmiz hava və ecazkar təbiət sizin istirahətinizi xoş etməklə yanaşı , səhhətinizi də möhkəmləndirəcək . Ümumi tutumu 76 nəfər olan, 38 otaq fəaliyyət göstərir. Otaqlar peyk yayımlı TV, daxili xəttli telefon, mini bar, kassa, vanna otağı (duş, duş kabini), WC, fenlə təchiz olunub.Ağbulaq İstirahət Mərkəzində kafe-bar, restoran-bar fəaliyyət göstərir. Bundan başqa mini futbol-voleybol meydanı, uşaqlar üçün əyləncə parkı, market, valyuta məntəqəsi, poçt xidməti və başqa xidmətlər də mövcuddur. Xidmətlərimiz 24 saat Qəbul və Yerləşdirmə 24 saat Restoran və Bar 24 saat Otaq xidməti 24 saat Təhlükəsizlik xidməti Pulsuz Park etmə Oyandırma xidməti Bələdçi ( ödənişli ) Yanğınsöndürən İlk tibbi yardim otağı == Ağbulaq İstirahət Mərkəzi == Standart otaq Tək çarpayı, oturma dəsti, LCD televizor, minibar, elektrikli çaydan, buklet dəsti, telefon xidməti, şkaf, paltar asılqanı, wifi, mərkəzi isitmə sistemi, sabun, şampun, duş jeli, xalat, dəsmal, fen, 24 saat otaq xidməti, çamaşırxana xidməti, fərdi ütü servisi, çay-kofe xidməti Kotteclər Həyətyanı sahədə 3 ədəd kottec mövcuddur. Hər kottec 2 otaqdan ibarətdir. Double və twin yataqlar, bir hamam otağı, iki sanitar qovşağı, mini mətbəx, yumşaq oturma dəsti, 6 oturacaqlı masa Restoran Ağbulaq İstirahət Mərkəzində 48 nəfər tutumlu əsas restoran , 18 nəfər tutumlu yumşaq mebellərlə təchiz olunmuş " Salon " adlanan restoran və Böyük zal sizə 24 saat xidmət göstərir.
Ağbulaqbala
Ağbulaqbala (Əhər) —
Ağbulaqbala (Vərziqan)
Ağbulaqbala (fars. اغبلاغ‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Vərziqan qəsəbəsindən 20 km qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 125 nəfər yaşayır (28 ailə).
Ağbulaqpain (Əhər)
Ağbulaqpain — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Vərzəqan bölgəsinin Üzümdil kəndistanında, Vərzəqan qəsəbəsindən 13 km şimal-şərqdədir.