Svini Tod: Flit küçəsinin şeytan bərbəri (film, 2007)
Svini Tod: Flit küçəsinin şeytan bərbəri (ing: Sweeney Todd: The demon barber of Fleet street) - Tim Burtonun rejissoru ilə 2007-ci ildə çəkilmiş musiqili film.
== Mövzu ==
1846-cı ildə Benjamin Barker dənizçi Antoni Hop ilə birlikdə Londona gəlir. On beş il əvvəl özbaşınalıq edən hakim Töpin Benjaminin arvadı Lusi ilə evlənmək üçün onu şərləyərək sürgün etdirir. Benjamin Barker Svini Tod taxma adını qəbul edir və Neli Lavitin Londonun ən pis piroqlarını satdığı mağazasına gedir. Lavet ona sürgünə göndərildikdən sonra Töpinin Lusiyə təzavüz etdiyini və sonra da arsen ilə zəhərlədiyini deyir. Cütlüyün qızı Cohanna isə Töpinin yanındadır. Tod (Barker) onu qarşılıqsız sevən Lavetin ona köhnə ülgüclərini verdikdən sonra intiqama and içir və bərbər dükanını yenidən açır. Antoni Cohannaya aşiq olur, ancaq Töpin xidmətkarı Bidl Bamford tərəfindən uzaqlaşdırılır.
Tod saxta italyan bərbər Adolfo Pirellenin saç tonikinin aldatmaca olduğunu deyərək onu qınayır və hakimliyi Bamford tərəfindən edilən xalqa açıq taraş yarışında onu pərt edir. Bir neçə gündən sonra Pirelli Todun dükanına gəlir.