Mədəni dairələr nəzəriyyəsi
Mədəni dairələr nəzəriyyəsi XX əsrin əvvəllərində Avstriya antropologiya məktəbinin əsas nəzəri fikri olmuşdur. Bu məktəb insan təbiətindəki, cəmiyyətindəki nizam-intizamın yönləndirilməsi, bütün mədəniyyətlərin bir mərkəzdən yaranıb-yayılması fikrini müdafiə etmişdir. İki əsas məktəbi olmuşdur.
1) Frits Qrebner yaxud Köln məktəbi
2) Vilhelm Şmidt və Vyana məktəbi
Diffuzionizmin әsas istiqamәtlәrindәn biri "mәdәni dairәlәr" istiqamәtidir. "Mәdәni dairәlәr" istiqamәtinin banilәrindәn biri Frits Qrebnerdir. Qrebner antropologiyada Ratsel tәrәfindәn irәli sürülәn bir çox ideyaları özünәmәxsus şәkildә izah edәcәk yeni bir istiqamәtin әsasını qoymuşdur. Tәhsilinә görә tarixçi-mediyevis olan Qrebner Berlin vә Marburq univetsitetlәrindә tәhsil almışdır. 1904-cü ildә Berlin Antropologiya Cәmiyyәtindә "mәdәni dairәlәr" haqqında tәlim mәruzәsi ilә çıxış etmiş vә "Okeaniyada mәdәni dairәlәr vә tәbәqәlәr" әsәri ilә tәliminin әsas müddәalarını izah etmişdir. O, qeyd edirdi ki, mәdәniyyәtin elementlәri müәyyәn bir zaman kәsiyindә coğrafi mәkanda yaranır vә sonra diffuziya nәticәsindә digәr әrazilәrә yayılır. Bu sәbәbdәn o, mәdәniyyәtin elementlәrini kartoqrafiya etmәyә çalışırdı.