BABİLƏR

XIX əsrin ortalarında İranda Babilik dini hərəkatının davamçıları olmuşdurlar. Babilik sonradan ayrıca dinə-bəhailiyə çevrilmişdir. Hazırda Babilik, eləcə də onlardan ayrılmış bəhailik İslam dininə məxsus dini cərəyan kimi qəbul edilmir. Artıq bəhailik dünyada müstəqil din kimi tanınmaqdadır. Babilər hərəkatı İranda 1819-cu ildə anadan olmuş Seyid Əli Məhəmmədin (Babın) adı ilə bağlıdır. Öncə o və onun ardıcılları Şeyx Əhməd Əhsainin “Şeyxilər” təriqətinə mənsub idilər. Bab 1844-cü ildə özünü Mehdi elan etmiş, ancaq bununla kifayətlənməyərək, “Birinci Nöqtə” adını götürmüşdür. Bab günəş təqvimini bərpa etmiş və özünün zühur etdiyi ili yeni eranın başlanğıcı elan etmişdir. O bildirmişdir ki, onun təlimi əsasında qurulacaq cəmiyyətdə qadınlara geniş azadlıqlar veriləcək, yoxsullar ümumi xəzinədən yardım alacaq, təhsil hamı üçün icbari olacaqdır. Babın bərabərlik, ədalət, qadınlara azadlıq çağırışları İranda Babilər hərəkatına səbəb olmuşdur. Hərəkat 8 il sonra böyük çətinliklə yatırılmışdır. Hakim dairələr Babın Allahın təcəllisi olmadığını insanlara sübut etmək məqsədi ilə onu 1850-ci il iyulun 9-da Təbriz şəhərində kütlə qarşısında edam etmişdirlər. Babilər hərəkatı sosial ədalət uğrunda mübarizə kimi tanınsa da, Babın dini təliminin başlıca hissəsini İslam ilə ziddiyyət təşkil edən həşr, qiyamət günü, cənnət və cəhənnəm məsələlərinin şərhi və özündən sonra gələcək Mehdinin zühurunun mədhi təşkil edirdi. O, qiyamətə ölülərin fiziki dirilməsi kimi baxılmasını, eləcə də, Məad hadisəsini inkar edir və onların məcazi izahını verirdi. Baba görə həşr – “Cəhalət və nadanlıq qəbirlərində yatanların mənəvi oyanışıdır”. O, maddi cənnət və cəhənnəm anlayışlarını insan təxəyyülünün uydurması adlandırırdı. Baba görə cənnət – həm bu, həm də ölümdən sonrakı həyatda ruhun Allaha yaxınlığı, cəhənnəm isə Ondan uzaqlığıdır. O, İslamın sonuncu din olmasını qəbul etmirdi. Onun düşüncələrinə görə vəhy arasıkəsilməz davamlı prosesdir. Peyğəmbərlər həmişə gəlmiş və bəşəriyyət tam kamilliyə çatana kimi, bundan sonra da gələcəklər. O qeyd edirdi ki, Müqəddəs Kitablar öz dövrləri üçün endirilmiş və onlar sonsuzluq üçün nəzərdə tutulmamışdırlar. Allah Musa, İsa və Məhəmmədə bir-birini əvəz edən Tövrat, İncil və Quranı nazil etdiyi kimi ona da Quranı əvəz edəcək “Bəyanı” göndərmişdir. İnsanlar onu qəbul etməklə öncə İranda, sonra isə bütün dünyada sülh və qardaşlığın bərqərar olduğu sivilizasiyanı quracaqlar. Babın ən fəal ardıcılları arasında Azərbaycan əsilli Tahirə Qurrətüleyn adlı qadın da olmuşdur. Tahirə Babın təlimlərindən ilhama gələrək, Babilərin Bədəşt konfransında (1848) nümayəndələr qarşısında çadrasını atmış və qadın-kişi bərabərliyi haqında nitq söyləmişdir. Həmin konfransda Babilər öz inanclarının İslamla əlaqəli olmadığını və özlərinin isə İslamdan rəsmən çıxdıqlarını elan etmişdirlər.
BABİL
BAĞDADİ ƏBDÜLQAHİR
OBASTAN VİKİ
Babilər
Babilik — Seyyid Əli Məhəmməd Babın (1819–1850) adı ilə bağlı dini təlimdir. O, 1844-cü ildə Bab (Ərəbcədən tərcümədə "qapı") ləqəbini götürmüş, özünü Allahın Vəd etdiyi Mehdi olduğunu bəyan etmiş, 18 müridindən biri olan Qüdslə Məkkəyə yollanaraq zülhiccə ayında Kəbə evinin yanında öz Missiyasını elan etmiş, Vəd Olunmuş Qaim, Mehdi olduğunu bəyan etmişdir. Burdan Kufə şəhərinə gedərək orada da öz dəvətini elan etmişdir. Babın təlimi fanatizmə, ali ruhanilərin özbaşnalığına qarşı yönəlmiş və İran cəmiyyətinin orta və aşağı təbəqələrində özünə çoxlu tərəfdar tapmışdı. Bab daim özündən sonra zühur edəcək olan "Allahın zahir edəcəyi Kəs" haqqında danışmış, bütün yazılarında onu mədh etmişdir. Bab şiə müctəhidlərinin bir qismi tərəfindən kafir kimi pislənmiş, bir qismi tərəfindən isə qəbul olunmuşdur. O, elə bir cəmiyyət haqqında danışırdı ki, orada nə əxlaqsız din xadimləri, nə də ədalətsiz siyasət adamları olsun. == Haqqında == Gündən günə artan nüfuzu və ardıcıllarının İranı bürüməsinə görə şah hökuməti onu həbs etdi və Maku zindanına saldı. Burada "Bəyan" adlı kitabını nazil etdi. İlahi Missiyasını insanlara tədricən açan Bab daha sonra özünü Nöqteyi-Övla adlandırır ki, bu Məhəmməd peyğəmbərlə eyni məqama sahib olmağa bərabər sayılırdı.
Babilər hərəkatı

Значение слова в других словарях