bakteriya-anaerob 2021

bakteriya-anaerob
bakteriya
bakteriya-analoq 2021
OBASTAN VİKİ
Bakteriya
Bakteriyalar (lat. Bacteria) — təkhüceyrəli mikroorqanizmalardır. Prokaryotik mikroorqanizmlərin əksəriyyətini təşkil edən qrupdur. Böyüklükləri 0,1–10 mm arasındadır. Bakteriyaların dünya üzərində 3,5 milyard ildir yaşadıqları bilinməkdədir. Dünyada ən çox yayılmış orqanizmlərdir və yer kürəsində həyatın davam etməsi üçün böyük önəm təşkil etməkdədirlər. == Bakteriyaların öyrənilmə tarixi == Bakteriyalar hələ yaxşı öyrənilməyəndə bitkilərə aid edilirdi. "Bağırsaq florası" anlayışı da buradan yaranıb. == Yarımaləmlər == Arxebakteriyalar Əsl bakteriyalar Oksifotobakteriyalar Arxebakteriyalar: əsasən, metansintezedici bakteriyalardır. Növlərinin sayı 40-dan çoxdur.
Anaerob
Anaerob — oksigenə çıxış olmadıqda enerjini fosforilirallaşmış substrat nəticəsində alan orqanizm. Anaeroblar həm mikro-, həm makrosəviyyədə mövcud olan orqanizmlərin böyük qrupudur: anaerob mikroorqanizmlər — prokariotların və sadə orqanizmlərin böyük qrupu. makroorqanizmlər — göbələk, yosun, lentvari soğulcanlar, yumru soğulcanlar və s. == Ədəbiyyat == Kонтейнерные системы GasPak: Инструкция МК. "МК, официальный дистрибьютер Becton Dickinson International", 2010, 7 К. Д. Пяткин. Микробиология с вирусологией и иммунологией, М:"Медицина", 1971, 56. Б. Борисов. Медицинская микробиология, вирусология и иммунология, МИА, 2005. Г. Кнорре. Биологическая химия:Учеб. для хим., биол.
Anaerob infeksiya
Anaerob infeksiya — yara infeksiyanın bir növüdür və oksigensiz, havasız yerdə baş verir. Mühüm cəhəti iltihab olmadan ağrının baş verməsi, ödəmin, qazın və tez bir zamanda toxumalarda yerli ölümün əmələ gəlməsidir. Anaerob infeksiyanın törədiciləri əsasən insan, heyvanların bağırsaqlarında müşahidə edilir və torpağa düşərək uzun müddət orada yaşayırlar. Ən çox əkin yerlərində, bostan və bağlarda, peyində gübrə məqsədilə istifadə olunan yerlərdə təsadüf edilir, bundan əlavə anaerob mikroblar insanın dərisində, alt və üst paltarlarında da ola bilər. Ən çox anaerob infeksiya müharibə zamanı müşahidə edilir. Məsələn, böyük Vətən müharibəsi illərində yaralıların arasında 1,5–2% anaerob qanqrena və 10,5% halda isə anaerob qanqrenadan ölüm halları təsadüf edilmişdir. Anaerob infeksiya qazlı qanqrena, qanqrena, orqanın çürüməsi və s. adını daşıyıb, hal-hazırda isə anaerob qanqrena adlandırılır. == Anaerob infeksiyanın yaranmasının səbəbləri == Xəstəliyin səbəblərinə kor güllə yarası, yad cisimlərlə yaralanma, geniş və dərin, çoxlu ciblərə malik yaralar, qanı saxlamaq məqsədilə ətrafa uzun müddət kəmərin və ya damara liqaturanın qoyulması, aclıq, yorğunluq, kəskin anemiya, şok, orqanizmin müqavimətinin azalması, torpaqla çirklənmiş yaralar daxildir. == Anaerob infeksiyanın gedişatı == Xəstəliyin gizli dövrü 1–7 günə qədərdir.