balabançılıq
balabəylilər
OBASTAN VİKİ
Balabəyli (Kəleybər)
Balabəyli (fars. بالي بيگ لو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (14 ailə).
Faiq Balabəyli
Balabəyli Faiq Ağaş oğlu (23 fevral 1964, Sabirabad, Astraxanbazar rayonu) — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996). == Həyatı == Faiq Balabəyli 1964-cü il fevral ayının 23-də Cəlilabad rayonun Sabirabad kəndində anadan olub. 1971–1981-ci illərdə Sabirabad kənd orta məktəbində təhsil alıb. 1981–1984-cü illərdə 95 saylı Bakı Dənizçilik Məktəbində oxuyub. 1982–1984-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra təhsilini qiyabi olaraq Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə daxil olaraq davam etdirib. 1984-cü ildən Xəzər Dəniz Neft Donanmasında matorçu vəzifəsində işə düzəlib. Elektrik mexanniki, gəmi kapitanın baş köməkçisi və gəmi kapitanı vəzifələrində işləyib. 1992–1994-cü illərdə iki illik Jurnalist Sənətkarliğı kursunu bitirib. 1996–2006-cı illərdə "Ədəbiyyat qəzeti"ndə işləyib.
Elcan Balabəyli
Elcan Balabəyli — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı , Anti-terror şəhidi. == Həyatı == Şəhid Kapitan Balabəyli Elcan Vasif oğlu 12 mart 1992-ci ildə Naxçıvan şəhərində anadan olub. 1998-ci ildə Naxçıvan şəhər Mirəsgər Seyidov adına 15 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2007-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib. 2007–2010-cu illərdə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2010-cu ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə qəbul olub . == Hərbi xidməti == Elcan Balabəyli 2014-cü ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini hava hücumundan müdafiə ixtisası üzrə başa vuraraq leytenant hərbi rütbəsi alıb. 2014–2015-ci illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələri sıralarında nümunəvi zabit kimi xidmət edib. 2017-ci ildə baş leytenant, 2021-ci ildə isə kapitan hərbi rütbəsi alıb. Döyüş və ictimai-siyasi hazırlığın yüksəldilməsində və hərbi intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə dəfələrlə yuxarı komandanlıq tərəfindən diplom və fəxri fərmanlarla təltif edilmişdir.