baldırğanlı

baldırğanlı
baldırğan
baldırğanlıq
OBASTAN VİKİ
Baldırğanlı
Baldırğanlı — Azərbaycan Respublikasının Laçın rayonu Mığıdərə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Laçın rayonunun Mığıdərə inzibati ərazi vahidində olan kənd Həkəri çayının sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Kəndi XX əsrin əvvəllərində haqverdiuşağı nəsli Baldırğanlı adlanan sahədə salmışdır. Oykonim "baldırğan bitkisinin zəngin olduğu yer" deməkdir. 1918-ci ilədək Ermənistanda eyniadlı kənd olmuşdur. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 60 nəfər olmuşdur.