bambukkimi

bambukkimi
bambuk
bambukkimilər
OBASTAN VİKİ
Bambukkimilər
Bambusoideae (lat. Bambusoideae) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki yarımfəsiləsi. Əksəriyyəti gövdəsi oduncaqlaşmış kökümsovlu çoxillik bitkilərdir. Hündürlüyü 40 m-dən artıq, diametri 30 sm-ədək olur. Yarpaqları qınlı və qısasaplaqlı, çiçəkləri 6 erkəkciklidir. Bambukkimilər hər il, ya da xeyli fasilədən sonra çiçəkləyir. Bir çox bambukkimilərdə çiçəklənmədən sonra bütün fərdlərin yeraltı hissələri eyni vaxtda məhv olur (bəzən böyük ərazidə). 50 cinsi və 600 növü, əsasən, Cənub-Şərqi Asiyanın tropikləri və subtropiklərində və Malayya arxipelaqında bitir. Afrika və Amerika qitəsində azdır. Avropada isə yoxdur.