Bantular
Bantular (a-ba-ntu – “adamlar”) – Tropik Afrikada bantu dillərində danışan xalqlar qrupu.
== Məlumat ==
Ümumi sayları təqribən 300 milyon nəfərdir (2004). Ekvatorial, Cənubi və Şərqi Afrikanın tarixi-etnoqrafik vilayətlərinin əsas əhalisini təşkil edirlər. Dindarları müsəlman və xristianlardır. Ənənəvi etiqadlarını saxlayanlar da var. Bantuların əksəriyyəti Böyük zənci irqinə mənsubdurlar. Bantuların yaşayış məskənləri müxtəlif planlı iri və kiçik kəndlər, ənənəvi yaşayış ev tipi isə, əsasən, gillə suvanmış hörmə divarları olan dairəvi evlərdir. Bantuların ənənəvi geyimi bel sarğısı, yaxud dəridən və ya otdan hörülmüş önlükdür. 19-cu əsrin sonlarından avropasayağı geyim yayılmışdır. Zəngin folklorları (etnogenetik rəvayətlər, heyvanlar haqqında nağıllar və s.) var.