Barsaxdolması

Bu yemək növünün adı mürəkkəb quruluşa malik olub, “bağırsaq”, “dolma” və “-sı” mənsubluq bildirən tərkiblərdən ibarətdir. Hazırlanma qaydası belədir: Malın içalatı (ağ ciyəri, qara ciyəri, ürəyi) ət çəkən maşında xırda-xırda doğrandıqdan sonra bağırsağın içərisinə doldurulur. Evdə hazırlanmış bu yemək növü kolbasanı xatırladır. Şəki dialektində “bağırsaqdolması” sözü “evdə hazırlanan kolbasa, bağırsağa doldurulmuş malın içi” anlamında işlənir. – Malın içini döyüf, bişirif barsağın içinə doldururux, olur barsaxdolması.(1, 58) “Bağırsaq” qaramalın iç, daxili orqanlarından birinin adıdır. “Bağırsaqdolması” şivə sözünün şəkilçi komponentində işlənən “dolma” sözünün əsasını “dolmaq” feili təşkil edir. “Dolma” sözünün sonunda işlənən “-ma” morfoloji göstəricisi feillərdən isim düzəldən məhsuldar şəkilçilərdən biridir. Bu xörək adının birinci komponentində işlənən leksik vahid oğuz dillərində “bağırsaq”, qıpçaq dillərində “bavursaq / bavırsaq”, monqol dilinin dialektlərində “borosoq” formasındadır. (30, 333) Qeyd etməliyik ki, bu söz özbək dilində “boğursak” şəklində işlənir. (30, 166)
Bamiyə
Basdıx