Basklar
Basklar, euskaldunak — İspaniyanın şimalında (Basklar ölkəsi, Navarra) və Fransanın cənub-qərbində (Atlantika Prineyləri departamentinin qərbindəki Labur, Sul və Aşağı Navarra rayonları) yaşayan xalq.
== Yaşadıqları ərazilər ==
İspaniyada sayları 0,6 milyondan 2,8 milyon nəfərədək, Fransada isə 75 mindən 250 min nəfərədəkdir. (XXI əsrin əvvəlləri). Həmçinin ABŞ-də (6,9 min), Meksikada (20 min), Uruqvayda (10 min), Çilidə (9 min), Kosta-Rikada (8 min), Braziliyada (5 min), Venesuelada (5 min), Filippində (8 min), Avstraliyada (9 min) və s. ölkələrdə yaşayırlar. Bask dilində danışırlar, ispan və fransız dilləri də onlar arasında yayılmışdır. Dindarları xristiandır.
== Tarixi ==
Vaskonlar, vardullar, karistilər və b. tayfalar baskların əcdadlarıdır, iberlərlə qohumluqları mübahisəlidir. Roma dövründə romanlaşmaya məruz qalmayan basklar İspaniyada XIX əsrədək muxtariyyətlərini qoruyub saxlamış və yerli əhalinin seçdiyi Baş əyalət xuntaları tərəfindən idarə olunmuşdur.