basuto

basuto
bastalatmaq 2021
basutolar
OBASTAN VİKİ
Basuto
Basuto — Cənubi Afrikada yaşayan xalqdır. Lesoto Krallığı əhalisinin 98% təşkil edir. CAR-da Lesoto ilə qonşu reqionlarda məskunlaşır. Soto ya daha düzgün - sesoto dilində danıșırlar. Cənubi Afrikaya XV -XVI əsrlərdə indiki Şərqi Afrika reqionlarından köçməyə başladılar.
Basutolend
Basutolend (rəsmi - Basutolend ərazisi) - Cənubi Afrikada yerləşən və 1884-cü ildə Böyük Britaniya taxt-tacının müstəmləkəsi elan edilmiş yeddi inzibati rayondan ibarət ərazi. 4 oktyabr 1966-ci ildə Basilend Böyük Britaniya müstəmləkəçiliyindən azad olunaraq Lesoto krallığı kimi öz istiqlaliyyətini elan etmişdir. == Tarixi == XIX əsrin ortalarında sonralar Basutolend adlandırılan ərazi Afrikanın yerli xalqlarından biri, I Moşveşvenin başçılıq etdiyi basutolar tərəfindən ələ keçirildi. XIX əsrin 30-cü illərinin sonlarında basutolar afrikalılarla burlar, həmçinin ingilislər arasnda gedən toqquşmalarda iştirak etmişlər. Basutoların burlarla mübarizədə zəifləməsindən istifadə edən ingilislər 1868-ci ildə basuto torpaqları üzərində öz protektoratlığını elan etdilər. 1871-ci ildə I Moşveşvenin ölümündən sonra bu ərazi Kap koloniyasına birləşdirildi. Britaniya hökuməti tərəfindən odlu silahların müsadirə edilməsinə qarşı basutoların 1880-1881-ci illər üsyanından sonra 1884-cü ildə Böyük Britaniya Basulendin müstəqil koloniya mülkü kimi bərpa olunduğunu elan etdi.