Mavlet Batirov
Mavlet Alavdinoviç Batirov (12 dekabr 1983, Xasavyurt, Dağıstan MSSR -də anadan olub) — Avar əsilli rusiyalı sərbəst güləşçi, iki qat Olimpiya çempionu (2004 və 2008), 2007-ci ildə dünya çempionu, 2006-cı ildə Avropa çempionu, dəfələrlə Rusiya çempionu; Asiya çempionu Adəm Batirovun böyük qardaşı.
Yalnız Mavlet Batirov, Buvaysar Saytiyev və Roman Vlasov Rusiya millisinin tərkibində güləş idman növündə birdən çox Olimpiya qızıl medalını qazana biliblər (1996-2016).
== Həyatı ==
Mavlet Batirov Dağıstan əsilli Avardır.
Güləş sevgisi Batirova uşaq ikən, onu kiçik yaşlarından müxtəlif turnirlərə və yarışlara aparan atası Alavdin Niyazbəyoviç tərəfindən aşılanmışdır. İlk dəfə atası Mavleti və kiçik qardaşı Adəmi yeddi yaşında olarkən idman zalına gətirir. Batirovun iştirak etdiyi ilk yarışma, birinci yeri qazandığı Xasavyurtdakı gənclər turniri idi. O vaxt Mavlet Batirovun on yaşı var idi və çəkisi 22 kiloqram idi. Onun ilk məşqçisi Sayqidpaşa Umaxanov idi.
Batirov 2003-cü ildən Rusiya millisində çıxış edirdi. CSKA klubunu təmsil edirdi.