BAVARİYALI

баварец
BAVARİYA
BAY-BAY
OBASTAN VİKİ
Bavariyalı Qizela
Bavariyalı Qizela (mac. Bajor Gizella) və ya Müqəddəs Qizela (mac. Boldog Gizella; 980 və ya 985 – 7 may 1065 və ya 1033) — ilk Macarıstan kraliçası, I Stefanın həyat yoldaşı,Müqəddəs Roma imperatoru II Henrixin bacısı. Roma-Katolik kilsəsi tərəfindən beatifikasiya (şərəfləndirmə) olunmuşdur. == Həyatı == Qizela Bavariya hersoqu II Henrix ilə Burqundiyalı Qizelanın qızı idi. Qizela dindar bir insan kimi yetişdirilmişdi. 996-cı ildə I Stefan ilə ailə həyat quran Qizela Macarıstanın qərb siyasətində önəmli rol oynamışdır. Stefan və Qizelanın toyu Macarıstan tarixində dönüş nöqtəsi olmuşdur. Kraliça Qizela Macarıstanda xristian dinin və Qərb mədəniyyətinin yayılmasında da pay sahibi olmuşdur. 1038-ci ildə kral I Stefanın vəfat edir.
Bavariyalı İzabel
Bavariyalı İzabel (28 aprel 1370, Münxen – 24 sentyabr 1435, Paris) — 1385–1422-ci illərdə hakimiyyətdə olmuş Fransa kraliçası. Fransa kralı VI Karlın arvadı. Vittelsbax sülaləsində Bavariya-İnqolştad hersoqu III Stefan və Milanlı Taddea Viskontin yeganə qızı olaraq anadan olmuşdur. İzabel, 15 və ya 16 yaşında olarkən gənc kral VI Karlla evlənmək üçün Fransaya göndərildi, cütlük ilk görüşlərindən üç gün sonra evləndilər.
Bavariyalı Anna Mariya
Bavariyalı Anna Mariya (21 mart 1551 - 29 aprel 1608) — Avstriya hersoqinası. Bavariyalı Anna Mariya (8 dekabr 1574 - 8 mart 1616) — Avstriya hersoqu II Ferdinandın xanımı, Avstriya hersoqinası. Bavariyalı Mariya Anna Viktoriya (28 noyabr 1660 - 20 aprel 1690) — Fransa kralı XIV Lüdovikin varisi Burbonlu Lüdovikin ilk xanımı, İspaniya kralı V Filippin anası.
Bavariyalı Mariya Anna Viktoriya
Mariya Anna Viktoriya (fr. Marie Anne Victoire de Bavière) (28 noyabr 1660, Münxen, Bavariya kürfürstlüyü – 20 aprel 1690, Versal sarayı) – Fransa kralı XIV Lüdovikin varisi Burbonlu Lüdovikin ilk xanımı, İspaniya kralı V Filippin anası. Atası Bavariya kürfürstü Ferdinand Mariya, anası isə Savoyyalı Henretta Adelayddır. == Mənbə == Bertière, Simone. (1998). Les Femmes du Roi-Soleil. Fallois.
Bavariyalı Marqarita (Burqundiya hersoqinası)
Bavariyalı Marqarita (fr. Marguerite de Bavière; nid. Margaretha van Beieren; 1363[…], Haaqa – 23 yanvar 1423, Dijon) — Bavariya hersoqu I Albertin qızı, Burqundiya hersoqinası. Əri Qorxusuz Con və oğlu Xeyirxah Filippin Fransa səltənətində naiblik etdiyi 1409-1423-cü illər boyunca Burqundiya taxt-tacına naibə olaraq hakim oldu. 1385-ci ildə Kambredə Burqundiya hersoqu Cəsur Filippin oğlu Qorxusuz Conla evləndirildi. Bu evlilik tamamilə siyasi məqsədlərlə baş tutmuşdu. Belə ki, eyni mərasimdə qardaşı Uilyam hersoqun qızı Marqarita ilə evləndirildi. Cütlüyün bu nigahdan 8 övladı doğuldu. Mariya, Klevez hersoqinası (1393-1463) Marqarita, Akvitaniya hersoqinası (1393-1442) Xeyirxah Filipp, Burqundiya hersoqu (1396-1467) Ketrin (1399-1414) Yuanna (1399-1406) İzabella (1400-1412) Anna, Bedford hersoqinası (1404-1432) Aqnessa, Burbon hersoqinası (1407-1476) == Mənbə == Smith, Kay Douglas; Smith, Robert Douglas; DeVries, Kelly (2005). The Artillery of the Dukes of Burgundy, 1363–1477.
Bavariyalı Anna Mariya (1551-1608)
Bavariyalı Anna Mariya (alm. Maria Anna von Bayern‎) (21 mart 1551, Münxen – 29 aprel 1608, Qrats) — Avstriya hersoqinası. Atası Bavariya hersoqu V Albert, anası isə Müqəddəs Roma imperatoru I Ferdinandın qızı Avstriyalı Annadır. == Mənbə == Noubel, P., ed. (1877). Revue de l'Agenais [Review of the Agenais] (in French). Vol. 4. Société des sciences, lettres et arts d'Agen. p.
Bavariyalı Anna Mariya (1574-1616)
Bavariyalı Anna Mariya (alm. Maria Anna von Bayern‎) (18 dekabr 1574, Münxen – 8 mart 1616, Qrats) — Avstriya hersoqu II Ferdinandın (sonradan Müqəddəs Roma imperatoru) xanımı, Avstriya hersoqinası. Atası Bavariya hersoqu V Uilyam, anası isə Danimarka kralı II Xristianın nəvəsi Renatadır. == Mənbə == Constantin von Wurzbach: Habsburg, Maria Anna von Bayern in: Biographisches Lexikon des Kaiserthums Oesterreich, vol 7, ed L. C. Zamarski, Vienna 1861, p. 23 Richard Reifenscheid: Die Habsburger in Lebensbildern.