BECOME

become1

v 1. olmaq; He became a teacher O, müəllim oldu; It became clear that he was right Məlum oldu ki, o, haqlıdır; 2. yaraşmaq, tutmaq (paltar haq.); This new dress becomes you, my dear Bu təzə don sənə / sizə yaraşır, əzizim: to ~ angry hirslənmək; to ~ cold soyuq laşmaq; to ~ thin arıqlamaq; to ~ red qızarmaq; to ~ accustomed öyrəşmək, alışmaq

BECLOUD
BECOMING
OBASTAN VİKİ
Detroit: Become Human
Detroit: Become Human 2018-ci ildə Quantic Dream tərəfindən hazırlanmış və Sony Interactive Entertainment tərəfindən nəşr olunan macəra videooyunudur. Süjet xətti üç androidi izləyir. Xidmətçi androit olan Kara (Valori Karri) öz sahibindən qaçaraq, özünün yeni kəşf etdiyi hissiyyatını araşdırır və sahibinin gənc qızını qoruyur. Konor (Brayan Dekart) deviant androidləri ovlamaqla tapşırıqlandırılmışdır. Markus (Cesse Uilyams) isə özünü digər androidləri köləlikdən xilas etməyə həsr etmişdir. Detroit: Become Human "Quantic Dream"in 2012-ci ildəki Kerinin rol aldığı Kara texnologiya nümayişi əsasında hazırlanıb. Mühiti araşdırmaq üçün tərtibatçılar Detroytə səyahət ediblər. Oyunun yazıçısı və rejissoru Devid Keyc ssenarini 2 ildən çox bir müddətə tamamlamışdır. Oyun üçün yeni bir oyun mühərriki yazılmış, çəkiliş və animasiyaların hazırlanmasından öncə yüzlərlə aktyorla kastinq edilmişdir. Filip Şepard, Nima Fəxrara və Con Paesano müvafiq olaraq Kara, Konor və Markus xarakterləri üçün müsiqi bəstələmişlər.