BEER
BEERY
OBASTAN VİKİ
Beer-Şeva
Beer-Şeva (ivr. ‏באר שבע‏‎, "yeddi nəfərin su quyusu" və ya "andiçmə su quyusu"; ərəbcə بئر السبع «Bir-es-Saba») — İsrailin cənubunda şəhər. Əhalisi — 195 400 nəfər (Mərkəzi Statistika Bürosunun 2010-cu il məlumatı). İllik artım — 0,6 % illik. Hal-hazırda Beer-Şevada 200 min nəfər əhali yaşayır. Şəhər İsrail cənubunun inzibatı mərkəzidir. Burada bir sıra təhsil ocaqları, o cümlədən Ben-Qurion universiteti, Soroka xəstəxanası, dairə məhkəməsi, şəhər teatrı, müxtəlif dövlət idarələrinin regional şöbələri yerləşir. Şəhər həmçinin iri mədəni və sənaye mərkəzidir. Bibliya Virsaviyası (Təl Beer-Şeva) şəhərin şimal-qərbində yerləşir və 2005-ci ildə YUNESKO-nun ümumdünya irsi statusunu alıb.
Madison Beer
Medison Bir (ing. Madison Beer; 5 mart 1999, Ceriko[d], Nyu-York ştatı, ABŞ) — amerikalı müğənni və bəstəkar. == Həyatı == Madison Elle Beer 5 mart 1999-cu ildə Nyu-York ştatının Yeriko şəhərində yəhudi ailədə dünyaya gəldi. Atası Robert Beer əmlakçı, anası Tresi isə memar idi. 4 yaşında modellik yarışmasında qələbə qazanan Beer Child Magazine-nin baş səhifəsində yer aldı. Rider adlı kiçik qardaşı var. == Kariyerası == Musiqi karyerası 13 yaşında Castin Biberin vasitəsiylə başladı. Sonra Island Records ilə müqavilə imzaladı. 2017 avqust ayında ilk albomu As She Pleases-i yayımladı. Beer 2020-ci ildə Epic Records ilə razılaşıb 2021 fevralda ikinci albomu Life Support-u yayımladı.
Con Money
John William Money (8 iyul 1921, Morrinsvil[d] – 7 iyul 2006[…], Tauson[d], Merilend), Yeni Zelandiya psixoloqu, seksoloqu və cinsi identiklik və cinsiyyət fərqliliyi mövzusunda araşdırma aparan mütəxəssisdir. Əsərləri bir çox dillərə tərcümə edilib nəşr etdirən Money, ömrü boyu bir çox mükafat və elmi adlara layiq görülmüşdür. Son akademik araşdırmalarda David Reimeri intihara vadar edən gender təyinetmə təcrübəsi bir çox cəhətdən tənqid edilmişdi.
John Money
John William Money (8 iyul 1921, Morrinsvil[d] – 7 iyul 2006[…], Tauson[d], Merilend), Yeni Zelandiya psixoloqu, seksoloqu və cinsi identiklik və cinsiyyət fərqliliyi mövzusunda araşdırma aparan mütəxəssisdir. Əsərləri bir çox dillərə tərcümə edilib nəşr etdirən Money, ömrü boyu bir çox mükafat və elmi adlara layiq görülmüşdür. Son akademik araşdırmalarda David Reimeri intihara vadar edən gender təyinetmə təcrübəsi bir çox cəhətdən tənqid edilmişdi.
Microsoft Money
Microsoft Money — proqram, şəxsi büdcənizi planlaşdırma və düzgün xərcləməyə yardım edir. Windows əməliyyat sistemində işləyir. Windows Mobile üçün də versiyasida var. Microsoft Money Plus son versiyadır, 2007-ci ilin avqustunda buraxılmışdı. 4 növü var: Essentials, Deluxe, Premium и Home & Business. Proqram buraxılışı 10 iyun 2009-cu ildə dayandırıldı.
Money Heist
La casa de papel (azərb. Kağız ev‎ və ya Kağız evi) və ya beynəlxalq adı ilə Money Heist (azərb. Pul soyğunu‎) – Aleks Pina tərəfindən yaradılmış 2017-ci il istehsalı İspaniya soyğun teleserialı. Serial İspaniyada 2 may 2017-ci ildən 23 noyabr 2017-ci ilə kimi bir mövsüm olmaqla iki hissəli yayımlanmış və 15 seriya davam etmişdir. Baş rollarda Ursula Korbero, Pako Tous və Alba Flores çıxış edirlər. 25 dekabr 2017-ci ildə serialın birinci hissəsi - 9 seriyası Netflix tərəfindən 13 seriya şəklində bütün dünyada buraxılmışdır. 2017-ci ilin sonunda Netflix serialın dünya üzrə rəqəmsal yayım hüquqlarını əldə etdi. Serialı 22 bölümdən daha qısa hissəyə bölən Netflix, birinci hissəni 20 dekabr 2017-ci ildə, ikinci hissəsini isə 6 aprel 2018-ci ildə yayımladı. 2018-ci ilin aprel ayında Netflix 16 yeni epizod sifariş edərək serialın büdcəsini əhəmiyyətli dərəcədə artırdı. 8 hissədən ibarət 3-cü hissə 19 iyul 2019-cu il tarixində nəşr edilmişdir.
Dandan Beer-Şevaya
Dandan Beer-Şevaya — "Yəhudi Bibliyası"nda doqquz dəfə istifadə edilən ifadə. Bu, şimalda Dan və cənubda Beer-Şeva arasında İsrail qəbilələrinin məskunlaşdığı ərazilərə aid edilir. Bu termin Birinci Dünya müharibəsindən sonra Britaniyanın Fələstin mandatı ilə bağlı danışıqlar zamanı İngiltərə siyasətçiləri tərəfindən istifadə edilən mövqeyə töhfə vermişdir. == Müasir tarix == Birinci Dünya müharibəsindən sonra aparılan sülh danışıqları zamanı "Dandan Beer-Şevaya" ifadəsi Britaniyanın Fələstinin ərazisinin Millətlər Liqasının mandatı olaraq Osmanlı imperiyasından çıxarılması təklifinə töhfə vermişdir. 13 sentyabr 1919-cu ildə Lloyd Corcdan Jorj Klemansoya verilən memorandumda Britaniya Fələstinin "Dandan Beer-Şevaaya qədər qədim sərhədlərinə uyğun olaraq müəyyən ediləcəyi" ifadə edilmişdir.
Money Heist: Korea
Pul soyğunu: Koreya (ing. Money Heist: Korea, kor. 종이의 집: 공동경제구역) — eyniadlı İspaniya serialına (Money Heist; Pul soyğunu, 2017) əsaslanan, yaxın müddət ərzində yayımlanacaq Cənubi Koreya serialı. Serialın 2022-ci ildə Netflix-də yayımlanmağı planlanır.