Herold Belger
Herold Karloviç Belger (alm. Herold Belger, 28 oktyabr 1934, Engels, Volqa Alman Muxtar Sovet Respublikası, RSFSR, SSRİ — 7 fevral 2015, Almatı, Qazaxıstan) — Qazaxıstan tərcüməçisi, nasir, publisist, ədəbiyyatşünas. Qazax ədəbiyyatı klassiklərinin (Mailin, Musrepova, Nurpeisova və s.) rus dilinə tərcüməçisi, çoxsaylı roman, hekayə və ədəbi tənqidi əsərlərin müəllifidir. O, həmçinin Qazaxıstanda və Rusiyada almanların mövcud durumu və mədəniyyəti barədə də çox saylı araşdırma müəllifidir. Sülh və Ruhani Razılaşma üçün Prezident Mükafatı laureatıdır (1992).
== Həyatı ==
Herold Karloviç Belger Volqa almanları ailəsində anadan olub. 1941-ci ildə Böyük Vətən müharibəsi başladıqdan az sonra İosif Stalinin əmri ilə, etnik alman olaraq, SSRİ-dəki bütün almanlar kimi Qazaxıstana sürgün edilmişdir. Gənc Heroldun ailəsi İşim çayının sahilindəki indiki Yskaka Ybırayeva (SKO) qəsəbəsi yaxınlığında qazax aulunda məskunlaşdı. Burada elə Herold qazax dilini mükəmməl mənimsəmişdir. Belger ilk təhsilini qazax orta məktəbində almış, sonradan Almatıdakı Qazaxıstan Pedaqoji İnstitutunun (indiki Abay Universiteti) filologiya fakültəsində oxumuşdur.