Benilüks
Benilüks — Şimal-Qərbi Avropa regionunda, Fransa ilə Almaniya arasında yerləşən, üç qonşu ölkəni (Belçikanı, Niderlandı, Lüksemburqu) özündə birləşdirən ittifaqdır. Benilüks sözü üç ölkənin adının başlanğıcı ilə formalaşdırılıb. İttifaq 1944-cü ildə xidmətlərin və ticarətin rahat aparılmasına, əhalinin bu ölkələrə sərbəst səyahətinə nail olmaq məqsədilə üç ölkə arasındakı sərhədlərin açılması nəticəsində yaranmışdı.
1951-ci ildə, Benilüks ölkələri Qərbi Almaniya, Fransa və İtaliya ilə birləşərək "Avropa Kömür və Polad Birliyi"ni formalaşdırdılarş Bununla da müasir Avropa İttafaqının ən erkən versiyası yarandı.
1955-ci ildə Benilüks Parlamenti (Parlamentlərarası Məsləhətçi Şura) yaradıldı. Bu parlament Niderland parlamentinin 21 üzvündən, Belçika milli və regional parlamentlərinin 21 üzvündən və Lüksemburq parlamentinin 7 üzvündən ibarətdir.
3 fevral 1958-ci ildə Haaqa şəhərində imzalanan "İqtisadi Birlik" razılaşması ilə Benilüks daha da gücləndi. Bunun nəticəsində Benilüks ölkələri Avropada güclü oyunçu dövlətlərə çevrildi.
Benilüks "Avropa Birliyi"nin yaranmasının təməli olmaqla yanaşı , Avropanın inkişafında mühüm rol oynayır. Məhz Avropanin inkişafi Benilüksün gücünün nəticəsidir.