benqal dili 2021
bennetit
OBASTAN VİKİ
Benqallar
Benqallar — Banqladeşdə (152 milyon nəfərdən çox), Hindistanın Qərbi Benqaliya və Tripura ştatlarında (100 milyon nəfərə yaxın) yaşayırlar, ümumi sayları 300 milyon nəfərə yaxındır (2009). Müxtəlif dövrlərdə Nepal, Butan, Sinqapur, ABŞ, Kanada, Böyük Britaniya və başqa ölkələrdə də məskunlaşmışlar. == Etimologiyası == "Banqa" etnonimi vedalarda əksini tapan, Hindistanın şərqində, Qanq çayı vadisində mövcud olmuş Banqa dövlətinin adı ilə bağlıdır. == Tarixi == Benqal (benqal dilində Banqla) xalqı Qanq vadisində, Qanq və Brahmaputra çaylarının deltasında yaşayırlar. Qədimdə bu ərazilər Anqa, Vanqa, Qauda adı ilə tanınmışdır. E.ə. I minillikdə benqalların etnik ərazisində caynizm və buddizm dinləri yayılmışdır. Benqal xalqının etnik tarixi çoxsaylı heterogen qrupların qarışması, konsolidasiyası ilə zəngindir. Bu ərazi X–XII əsrlərdən Benqal adlandırılmağa başlamışdır. VIII–XIII əsrlərdə benqal dövlətçiliyi mövcud olmuşdur.