Pinus ponderosa subsp. benthamiana
Sarı şam (lat. Pinus ponderosa) – şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Təbii halda Şimali Amerika nın qərbində, İngiltərə də, Kolumbiya da, Cənubi Kaliforniya da, eləcə də Avropa nın bir çox ölkələrində bitir. Hündürlüyü 50 m olan, ensiz-konusşəkilli, açıq çətirli, sonradan enli-piramidal forma alan möhkəm, ağacdır. Gövdəsinin qabığı qırmızı-qonur və ya qara rəngli olub, 10 sm qalınlığındadır, iri qatlarla ayrılan qalın qabıqla örtülmüşdür. Diametri 180 sm-dir. Azsaylı şaxələnmiş, çox vaxt qövsşəkilli əyilmiş, qısa budaqları ağaca xüsusi gözəllik verir. Cavan zoğlarının qalınlığı 8–20 mm-ə qədərdir. Qınların uzunluğu 20–27 mm-dir. İynəyarpaqları tünd-yaşıl, ucu biz, sıxdır, uzunluğu 30 sm-ə qədərdir, 2-5 ədədi bəzən bir dəstədə yığılır.