Biber

der; -s, -zo. qunduz
bibelfest
Biberpelz
OBASTAN VİKİ
Biber kəklikotu
Castin Biber
Castin Drü Biber (ing. Justin Drew Bieber; 1 mart 1994[…]) — Kanada müğənnisi. Pop ikonası hesab olunur. == Həyatı == == Şəxsi həyatı == == Fəaliyyəti == === Karyerasının başlanğıcı === 2007-ci ildə "So So Def Recordings" səsyazma şirkətinin əməkdaşı olan Skuter Braun YouTube-da dolaşarkən təsadüfən Castin Biberin Ne-Yo-nun "So Sick" mahnısına etdiyi kaver ifasına rast gəlib. O, Castinin səsinə məftun olmuş və uzun sürməmişdi ki, onun harada yaşadına dair məlumat əldə etmişdi. Castinin təkcə səsi deyil, üstəlik xarizması da var idi və bu Skuterin diqqətini çəkmişdi. Skuter üçün Castin qənimət kimi bir şey idi. O, vaxt itirmədən Kanadaya yola düşüb. Əvvəlcə anası Castini yəhudi olan Skuterin əlinə əmanət etmək istəməyib. Skuter Castinin anasını bir təhər razı sala bilib.
Henrix İqnas Frans Biber
Henrix İqnas Frans fon Biber [12.8.1644 (xaç suyuna salınma tarixi), Vartenberq, indiki Çexiyanın Liberets şəhəri yaxınlığında Straj-Ralske – 3.5.1704, Zalsburq] – Avstriya bəstəkarı və skripkaçısı. == Həyatı == Barokkonun tanınmış nümayəndələrindən biri, öz dövrünün ən görkəmli virtuoz skripkaçısı olmuşdur. 1660-ci illərdə Qratsda knyaz sarayında, 1668-ci ildən Olomousda yerli yepiskopun yanında xidmət etmişdir. 1670-ci illərin 2-ci yarısından kamera musiqiçisi, 1684-cü ildən ömrünün axırınadək Zalsburq arxiyepiskopunun saray kapelmeysteri olmuşdur. İmperator I Leopoldun fərmanı ilə 1690-cı ildə rıtsar rütbəsi alaraq, Biber fon Bibern adlanmaq hüququnu qazanmışdır. == Fəaliyyəti == Skripka və ansambl musiqisi (sonatalar, partitalar, süitalar) bəstəkarın irsinin qiymətli hissəsini təşkil edir. Əhdi-cədidin müxtəlif süjetlərinə həsr olunmuş skripka və basso kontinuo üçün 15 sonata-misteriya silsiləsini (təqribən 1674) skripka musiqisinin şedevri sayılan q-moll passakaliyası (onu İ.S. Baxın d-moll Partitasından məşhur çakona ilə müqayisə edirlər) tamamlayır. “Harmoniya artificiosa-ariosa” (1696) trio-sonatalar məcmuəsində olduğu kimi, Biber sonata-misteriyalarda, skordatura üsulundan geniş istifadə yolu ilə ənənəvi köklənmiş skripkadan qeyri-adi səs effektləri və həmsədalar əldə etməyə nail olmuşdur. === Əsərləri === Biberin proqram musiqisi, xüsusən də populyar “Sonata representativa” (1669; hissələrin adı: “Ququ quşu”, “Qurbağa”, “Toyuq və xo ruz”, “Pişik” və s.) və “Döyüş” (simli alətlər və basso kontinuo üçün, 1673) əsər ləri eksperimentallığı, incə və yaddaqalan səs effektləri ilə fərqlənir. Biberin dini musiqisi [A-dur Rekviyemi, “Zalsburq” (1682) və “Brüssel” (1696-cı ildən sonra) messaları, “Plaudite tympana” himni (motet), (1682, 53 partiya üçün), Axşam ibadəti (1693, 32 partiya üçün) və s.] sənətkarın polifonik texnikaya sərbəst yiyələndiyini, xor və instrumental musiqi xüsusiyyətlərinə dərindən bələd olduğunu nümayiş etdirir.
Biberşteyn dağlaləsi
Biberşteyn dağlaləsi (lat. Tulipa biebersteiniana) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Soğanağı 1–2 sm diametrdə, uzunsov-yumurtavari, tünd-qonur və ya qara-qonur qınla örtülmüşdür. Gövdəsi düz, silindrik, çılpaq, 15–30 sm hündürlükdədir. Yarpaqları çılpaq, xətvari, aşağıdakılar daha çox enli, enli-xətvari və ya uzunsovlansetvaridir. Çiçəkləri tək, 2,5–3,5 sm uzunluqdadır. Çiçəkyanlığının yarpaqcıqları sarı, iti, az və ya çox sivri, lansetvari, xarici tərəfdə bənövşəyi ləkəli, daxildə uzunsovyumurtavari, əsası kirpikciklidir. Erkəkciklər çiçəkyanlığından nisbətən qısadır; tozcuğu 2–3 dəfə erkəkcik sapından qısadır. Qutucuq 1,5–2,5 sm uzunluqdadır.
Biberşteyn qarağatı
Qayalıq qarağatı (lat. Ribes petraeum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz və Kiçik Asiyada yayılmışdır. Subalp zolağında, dağ zonasının meşələrində, qayalarda və çayların ətrafında bitir. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə qədər olan koldur. Budaqları açıq rəngdə, çılpaqdır. Qabığı boz, əvvəlcə hamar, sonradan ensiz zolaqlarla çatlayandır. Yarpaqları nazik, 5 dilimli, uzunluğu 10 sm, eni 13 mm, qaidəsi dərin ürəkvari, hər iki tərəfdən çılpaq, bəzən alt tərəfdən tüklüdür. Salxımın uzunluğu 4-12 sm, əvvəlcə üfüqi halda, meyvələrdə isə salxımdır. May-iyun aylarında çiçəkləyir.
Çoxbölümlü biberşteyniya
Çoxbölümlü biberşteyniya (lat. Biebersteinia multifida) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin biberşteyniyakimilər fəsiləsinin biberşteyniya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. Xovlu, tükcüklü, gövdəvari vəzli, çoxillik bitkidir. Gövdəsi düzdür, mühkəmdir, vəzilidir, yuxarı hissədən budaqlanandır. Aşağıdan purpur rənglidir, 20-50 sm hündürlükdədir. Gövdə yarpaqları demək olar ki, oturaq, lansetvari və ya lansetvari-xətşəkillidir. Ləçəkləri çılpaq və ya tüklü-kirpikciklidir, uzunsov-pazvaridir, bütöv və ya dişlidir, sarı, 5–8 mm uzunluğundadır. Meyvələri 5 mm uzunluğunda, çılpaq və qırışlıdır.
Biberşteyniya
Biberşteyniya (lat. Biebersteinia) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin biberşteyniyakimilər fəsiləsinə aid bitki cinsi.
Biberşteyniyakimilər
Biberşteyniyakimilər (lat. Biebersteiniaceae) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.

Значение слова в других словарях