biomühəndislik

biomühəndislik
biomühəndis
biomüхtəliflik
OBASTAN VİKİ
Biomühəndislik
Biomühəndislik - bioloji sistemlərin tanınmasında və tibbi praktikanın inkişafında mühəndislik texnikasının və baxışlarının tətbiqi == Tədqiqat sahələri == Sahədəki aparılan tədqiqatların əsas məqsədi bədən funksiyalarının daha yaxşı başa düşülməsidir. Canlıları əmələ gətirən orqanlar müxtəlif funksiyalarını modelləşdirərək bəzi biosiqnallar əldə olunur. Bədən daxilində baş verən müxtəlif hadisələrin aydın ola bilməsi üçün bu siqnalların mənbəyi olan fizioloji quruluşun yaxşı bilinməsi vacibdir. Bundan əlavə siqnal dəyişmələrinin və bir-birləriylə olan əlaqələrin də araşdırılması lazımdır. Bu sahədəki işlərə aşağıdakı nümunələr verilə bilər: Bioloji orqanların fiziki strukturu və onların canlı orqanizmlərlə əlaqəsi haqqında əsas tədqiqatlar; Ürək, əzələ və beyin tərəfindən yaranan elektrik siqnalları üzərində aparılan tədqiqatlar; Orqan və hüceyrə səviyyəsində insana aid tənzimləmə və nəzarət sistemlərinin araşdırılması; Radiasiya müalicəsinin planlaşdırılması; Ürək-damar (ürək və qan dövranı sistemi), tənəffüs, həzm və endokrin sistemlərin modelləşdirilməsi və stimulyasiyası; Beyin funksiyalarının başa düşülməsi mövzusunda fundamental tədqiqatlar.

Значение слова в других словарях