bioremediasiya

bioremediasiya (ekol.)
bioregionalizm
bioresurs
OBASTAN VİKİ
Bioremediasiya
Bioremediasiya — bioloji obyektlərin — bitkilərin, göbələklərin, həşəratların, qurdların və digər orqanizmlərin metabolik potensialından istifadə etməklə su, torpaq və atmosferin təmizlənmə üsulları kompleksidir. == Tarix == Tullantı sularının ilk sadə təmizlənmə üsulları — suvarma və filtrasiya sahələri — bitkilərin istifadəsinə əsaslanırdı. == Bioremediasiya prinsipləri == === Bitkilərin istifadəsi === Bitki ətraf mühitə müxtəlif yollarla təsir göstərir. Əsaslar bunlardır: rizofiltrasiya — köklər su və bitkilərin həyat fəaliyyəti üçün zəruri olan kimyəvi elementləri sorur fitoekstraksiya- təhlükəli çirkləndiricilərin (məsələn, ağır metallar) bitki orqanizmində yığılması fitovolatilizasiya — bitki yarpaqları ilə su və uçucu kimyəvi elementlərin buxarlanması (As, Se) fitotransformasiya: fitostabilizasiya — kimyəvi maddələrin daha az hərəkətli və aktiv formaya keçirilməsi (çirklənmənin yayılma riskini azaldır) fitodeqradasiya — bitki və simbiotik mikroorqanizmlər tərəfindən çirkləndiricilərin üzvi hissəsinin parçalanması fitostimulyasiya — təmizləmə prosesində iştirak edən simbiotik mikroorqanizmlərin inkişafının stimullaşdırılması === Mikroorqanizmlərin və göbələklərin istifadəsi. === Mikroorqanizmlərin köməyi ilə torpağın bioremediasiyası üçün üç əsas yanaşma var: biostimulyasiya — çirklənmiş ərazidə yerli mikrofloranın inkişafını stimullaşdırmaq. bioyeritmə — çirkləndiricinin parçalanmasına səbəb olan mikroorqanizm biopreparatların torpaqlara daxil edilməsi. fitostimulyasiya — bitkilərdən rizosfer mikroorqanizmlərin inkişafını stimullaşdırmaq üçün istifadə edilməsi. Çirklənmənin deqradasiyasında əsas rolu mikroorqanizmlər oynayır. Bitki bir növ biofiltrdir və onlar üçün bir yaşayış mühiti yaradır (oksigenin torpağa daxil olmasını və onun yumşalmasını təmin edir). Buna görə təmizlənmə prosesi qeyri-vegetasiya dövründə də nisbətən azalmış fəallıqla baş verir.

Значение слова в других словарях