BİPATRİDLƏR

(yunan bi - iki və patris - vətən) iki vətəndaşlığı olan şəxslər, yəni onlar hər iki dövlətlə formal qeydiyyata alınmış siyasi-hüquqi əlaqədədirlər, hər iki dövlətin qanunlarına tabedirlər və himayəçiliyindən istifadə edə bilərlər. Eyni zamanda, bir şəхsin üç və ya daha çoх dövlətin vətəndaşı olması halları dünya təcrübəsində istisna deyil. Qeyd etmək lazımdır ki, ikili (üçlü və s.) vətəndaşlıq statusuna malik olan şəxslərin, vətəndaşı olduğu dövlətlərə müəyyən problemlər yaratdığına görə, (misal üçün: hərbi xidmət keçməklə bağlı olan problemlər; vergilərin ödənişi ilə bağlı olan problemlər və s.), bu cür vəziyyətlərin meydana gəlməsi dövlətlərin marağında deyil.
BƏRABƏR SEÇKİ HÜQUQU
BİRBAŞA SEÇKİ HÜQUQU