bitəmənna 2021
bitərbiyə 2021
OBASTAN VİKİ
Acılar bitməz
Acılar bitməz filmi rejissor Sərxan Kərəmoğlu tərəfindən 2009-cu ildə ekranlaşdırılmışdır. Film SK Prodakşnnda istehsal edilmişdir. Film Orxanla (Sərxan Kərəmoğlu) Mehribanın (Qənirə Aslanova) uğursuz məhəbbət hekayəsindən bəhs edir. Filmdə əsas rolları Sərxan Kərəmoğlu, Amaliya Pənahova, Hülya Korel, Məlahət Abbasova, Qənirə Aslanova, Halil Ergün, Sədayə Mustafayeva, Məmmədəli Balayev, Əhəd Hacıyev,Pərvanə Qurbanova və Yaşar Nuri ifa edirlər. == Məzmun == Film Orxanla (Sərxan Kərəmoğlu) Mehribanın (Qənirə Aslanova) uğursuz məhəbbət hekayəsindən bəhs edir. Mehribanın ailəsi onların evlənmələrinə qarşıdırlar. Uzun mücadilədən sonra çarəsiz qalan cütlük birlikdə Türkiyəyə qaçmaq qərarına gəlirlər. Türkiyədə bir müddət yaşadıqdan sonra onlar yenə son ümidlə Bakıya qayıdırlar. Lakin yenə Mehribanın anası Məlahət (Amaliya Pənahova) onları ayırır, Sərxanı isə döyürlər. Psixoloji uçurum yaşayan Sərxan ölkəni tərk edib Rusiyaya işləməyə gedir.
Həsən Bitməz
Həsən Bitməz (15 dekabr 1969, Girəsun ili – 14 dekabr 2023, Ankara ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Həsən Bitməz 1969-cu ildə Giresun ilində anadan olub. Gebze İmam-Hatip Liseyində təhsil alıb. Əlcəzairin Əl-Əzhər Universiteti Usuliddin Bölməsindən məzun olub. Gebze İmam-Hatip Liseyi Məzunları Dərnəyinin qurucu prezidenti, 1999–2004-cü illərdə Milli Gənclər Fondunun (MGV) sədr müavini, 2000-ci ildə Anadolu Gənclər Fondunun qurucu üzvü, 2006–2010-cu illərdə Beynəlxalq İslam Tələbə Qurumları Federasiyasının (IIFSO) İdarə Heyətinin üzvü və 2010–2014-cü illərdə qurumun Məclisinin sədri, 2008–2010-cu illərdə Beynəlxalq Gənclər Forumunun sədri vəzifələrində çalışıb. Ölümünə qədər İqtisadi-Sosial Araşdırmalar İnstitutunda (ESAM) Müşahidə Şurasının üzvü və İslam Birliyi Araşdırma İnstitutunun (İSBAM) prezidenti idi. Siyasi fəaliyyəti ərzində Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Rifah Partiyasında Gebze ilçə şöbəsinin sədri vəzifəsində çalışıb. Səadət Partiyasının sədr müavini idi. 2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Kocaeli ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
Acılar bitməz (film, 2009)