Boden

der; -s, -¨ 1. (Erdboden) yer, torpaq; 2. (sichere Grundlage) əsas, təməl; 3. (Fußboden) döşəmə; 4. (des Meeres, e-s Gefäßes) dib; 5. auf den (zu) ~ fallen yerə düşmək; ~ gewinnen nüfuz qazanmaq; fig. festen ~ unter den Füßen haben iş(lər)i yoluna qoymaq
Bockwurst
Bodenabwehr
OBASTAN VİKİ
Boden (göl)
Boden (alm. Bodensee‎) Almaniya, İsveçrə və Avstriya sərhədlərində yerləşən üç: Yuxarı (alm. Obersee‎), Aşağı (alm. Untersee‎) və Reyn hövzələrindən ibarət göl. Boden gölünün yatağı dəniz səviyyəsindən 395 m hündürlükdədir və sahəsi 536 km², uzunluğu 63 km, dərinliyi 254 m-dir. sahilləri təpəlik, lakin cənub şərq hissədə qayalıqdır. Gölün sahəsində bir neçə qoruq mövcuddur. bu göl Reyn çayı üçün həm mənsəb həm də mənbə sayılır. Göl yalnız sərt qışda donur. Bu gölün Almaniya sahilində Konstans və Fridrixhafen , Avstriya sahilində Bregens şəhərləri yerləşir.
Boden gölü

Jan Boden
Jan Boden (1530, Anje, Fransa krallığı – 1596[…], Lan, Fransa krallığı) — Fransanın siyasi mütəfəkkiri, hüquqşünas. "Tarixin asan öyrənilməsinin metodu", "Dövlət haqqında altı kitab" adlı əsərlərində o tarixi prosesin gedişini, eyni zamanda müxtəlif coğrafi və iqlim şərtlərində dövlət institutlarının yaranmasını və qurulmasını nəzərdən keçirmişdir. Boden siyasi fikir tarixində ilk dəfə suverenliyi dövlətin ən vacib əlaməti kimi dəyərləndirişdir. Onun iddiasına görə suverenlik, və ya qanunları yaradıb həyata keçirmək hüququ, müəyyən edilmiş şəkildə dövlətə aiddir. Dövlət həm öz ölkəsi daxilində, həm də xarici ölkələrlə münasibətdə ali siyasi hakimiyyətin sahibidir. Suveren hakimiyyətin daşıyıcından yuxarda ancaq allah və təbiətin qanunları vardır. Suverenlik qanunların adil olub-olmamasından deyil, onların gücündən və yaradılması imkanlarından asılıdır. Boden suverenliyin beş fərqli cəhətini ayırırdı. Bunlardan birincisi istisnasız hər təbəə və dövlət idarəsinə ünvanlanmış qanunların çıxarılmasıdır. İkincisi – hərb və sülh məsələlərin həlli.
Fridrix Bodenştedt
Fridrix Bodenştedt (alm. Friedrich Martin von Bodenstedt‎; 22 aprel 1819[…], Payne, Aşağı Saksoniya – 18 aprel 1892, Visbaden, Prussiya[…]) – Alman yazarı və tədqiqatçısı. == Həyatı və yaradıçılığı == Bodenştedt 1819-cu il aprelin 28-də keçmiş Hannover krallığında anadan olub. Almaniyanın ən yaxşı universitetlərində, Kettingendə, Münhen və Berlində təhsil alan Bodenştedt bir neçə dil və ədəbiyyatı öyrənir. Sonra 1841-ci ildə Moskvaya gedərək, knyaz Mixail Qolitsınin uşaqlarının tərbiyəsi ilə məşğul olur. Üç ildən sonra müşahidəçi qismində Tiflisə gəlir və burada xarici dilləri tədris etməyə başlayır. O, burada Şərq dillərini öyrənmək fikrinə düşür. Sonralar Xatirələrində belə yazmışdır: Bodenştedtin tanışları müəllim seçmək lazım gəldikdə ona bir neçə başqa şəxslə birlikdə Mirzə Şəfini də məsləhət görürlər. Çünki onun Gəncədə və Tiflisdə fərdi dərs deməkdə böyük təcrübə qazandığı məlum idi. Mənə məsləhət görülənlər içərisində ən münasibi Mirzə Şəfi idi.