Bomberay yarımadası
Bomberay yarımadası (ind. Semenanjung Bomberai) — Yeni Qvineya adasının qərbində, Qərbi Qvineya vilayəti ərazisində yerləşən yarımada. Çendravasix yarımadasından cənub-qərbdə yerləşir və ondan Bintuni körfəzi ilə ayrılır. Əsk tərəfində isə Kamray və ya Kamberu körfəzi sahillərini yuyur.
== Coğrafiya ==
Bomberay yarımadası geniş bir əraziyə sahibdir. Sahillərini Seram dənizinin suları yuyur. Yarımada özüdə kiçik yarımadalara bölünür:
Şimal-qərbdə Fakfak yarımadası yerləşir. Yarımadanın adı Fakfak şəhərindən götürülmüşdür. Yarımadanın digər hissələrinə nisbətdə daha tez-tez ziyarət olunur.
Cənub-şərqdə yerləşən yarımada ərazisində Mukaf dağları vardır.