Bonifikasiya

Bonification 1) Mövcud kredit dərəcələrini tənzimləmək məqsədi ilə iqtisadiyyatın müəyyən sahələrinin və ya müəyyən qrup kreditə ehtiyacı olan subyektlərin subsidiyalaşdırılması (məqsədli, əvəzsiz vəsaitlərin verilməsi); 2) Əmtəənin keyfiyyətinin, eləcə də digər göstəricilərinin müqavilədə nəzərdə tutulandan üstün olmasına görə satış qiymətinin artırılması. Əmtəənin keyfiyyət göstəricilərinin müqavilədə nəzərdə tutulan səviyyədən aşağı olduğu təqdirdə əmtəənin qiyməti aşağı salınır və bu, əks bonifikasiya adlanır; 3) Əmtəənin və xidmətin ölkədən ixracı zamanı daxili bazarda ona hesablanan vergilərin geri ödənilməsi, qaytarılması. Bu proses dünya bazarında həmin əmtəə və ya xidmətin rəqabət qabiliyyətinin artırılması məqsədinə xidmət edir.
Blek-Şulz modeli
Bonus
OBASTAN VİKİ
Bonifikasiya

Значение слова в других словарях