Boomerang (Böyük Britaniya və İrlandiya)
Boomerang (Böyük Britaniya və İrlandiya) - Hanna-Barbera və Warner Bros. kimi studiyaların müasir və klassik proqramlarını yayımlayan 24 saatlıq Böyük Britaniya telekanalıdır. Televiziya 27 may 2000-ci il tarixində Cartoon Network-un spin-offu və ABŞ Televiziya Şəbəkəsinin lokalizasiyası kimi fəaliyyətə başladı. Həmçinin, telekanal AT&T-nin Warner Media beynəlxalq bölməsi altında idarə olunur.
== Tarixçə ==
=== Mənşəyi ===
Boomerang (Böyük Britaniya və İrlandiya) 1993-cü ildə yayım bloku kimi fəaliyyətə başlamışdır.
=== Yayım ===
Boomerang 27 may 2000-ci il tarixində, saat 06:00–00:00 radələrində "Sky Digital" və digər kabel televiziyalarında yayıma başlamışdır. Cartoon Network o vaxtlar mürəkkəb bir cədvələ sahib idi və buna görə kanal Turner Broadcasting tərəfindən Hanna-Barbera, MGM və Warner Bros. proqram kitabxanasının arxivindəki klassik cizgi filmləri və eyni zamanda qardaş kanalının cədvəlindəki bir çox klassik serialları yayımlamaq üçün yaradılmışdır.
2001-ci ilin may ayında, Boomerang ikinci ən çox baxılan uşaq kanalı olmuşdur. Həmin ilin iyulunda, kanal "Telewest" kabel operatoruna əlavə olunur, beləki tamaşaçı sayı da getdikcə artmağa başlayır.