bokslaşmaq
bol
OBASTAN VİKİ
Boqomilçilik
Boqomilçilik — Balkan ölkələrində bidət hərəkatı. X əsrdə ehtimal ki, Makedoniyada yaranmışdır. Adı, hərəkatın ehtimal olunanan rəhbəri keşiş Boqomilin adından götürülmüşdür. Boqomilçilər dövlət hakimiyyətini, feodal istismarını pisləyir, xristian kilsəsini, onun dini ayinlərini rədd edirdi. Boqomilçiliyin dini –fəlsəfi təliminin əsası dünyanın ikiliyi və xeyrin şərlə daimi mübarizəsi haqqındakı təsəvvür idi. Bolqarıstan Bizansa tabe olan dövrdə (XI–XII əsrlər) boqomilçilər bolqar xalqının Bizans zülmünə qarşı qaldırdığı üsyanlarda (1040, 1072) iştirak etmişdilər. Boqomilçilik XI–XII əsrlərdə Bizansda, XII–XIII əsrlərdə Serbiya və Bosniyada yayılmışdır. Boqomilçilik XIV əsrdə təriqətə çevrilmiş və bu şəkildə XVII əsrədək mövcud olmuşdur.
биогеоценоло́гия дёготный доки́дывать затрясти́сь мохообра́зные опле́чье схемати́чески дёрн зубовраче́бный квиети́ст опора́жнивать проу́лок сквозно́й сою́зка срыва́ться фиброгастроскопи́ческий формоизменя́емость дерба expellee willow wren дуплет занижать иезуит описаться перекаливать